Yuxarı

Suriya Azərbaycandan kömək istəyir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriya Azərbaycandan kömək istəyir

Suriya neft və qaz yataqlarının işlənməsində Azərbaycandan kömək istəyir.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə xarici saytlar məlumat yayıb.

Məlumatlarda deyilir ki, Suriya və Azərbaycan prezidentləri ötən həftəsonu Türkiyədə keçirilən ilk görüşdə Bakının Suriyanın neft və qaz sektorunun bərpasında necə rol oynaya biləcəyini müzakirə ediblər.

Belə ki, Suriya Prezidenti Əhməd əş-Şara ilə Antalya Diplomatiya Forumu çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevin görüşündəki müzakirələrdən xəbərdar olan mənbə bildirib ki, Suriya hökuməti ölkənin şimal-qərbində neft və qaz yataqlarının işlənməsinə kömək istəyir.

Suriya hökumətinə yaxın başqa bir mənbə bildirib: "Suriya hər bir regional oyunda tarazlığı saxlamaq istəyir. Neft və qaz yataqlarının istismarında həm Türkiyə, həm də Azərbaycanın iştirak etməsi İsraillə bağlı arxayınlıq yaradacaq".

Xatırladaq ki, yanvar ayında SOCAR-ın Türkiyə filialının baş direktoru Elçin İbadov şirkətin Suriyanın enerji sektorunda iştirak etməyə hazır olduğunu bildirib. O deyib: "Əgər “SOCAR Türkiyə”yə ölkələrimizin – Azərbaycan və Türkiyənin ortaq strateji maraqlarına uyğun bir rol verilirsə və bu enerjiyə tələbat varsa, o zaman bunu yerinə yetirmək bizim borcumuzdur”.

Tarix
2025.04.18 / 23:49
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla