Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
27 Sentyabr 2020


100-dən çox gömrük əməkdaşı cəzalandı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yaşıl dəhlizin" yaradılması ilə gömrük sahəsində rüşvət kimi neqativ halların birmənalı şəkildə aradan qaldırıldığını deyə bilərik.

Bu sözləri ANS-in "Hesabat" verilişində Mir Şahinə müsahibəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Yaşıl dəhlizin tətbiqinin yükdaşımalara aid edildiyini söyləyən Komitə sədri bunun sənədlər təqdim olunarkən gömrük baxışı nəzarəti həyata keçirilmədən yüklərin təyinatı üzrə çatdırılmasından ibarət olduğunu bildirib.

Daha sonra Komitə sədri Qırmızı Körpü sərhəd keçid məntəqəsində yaranan problemlərdən, vətəndaşların gətirdikləri malların gömrük işçiləri tərəfindən ölkəyə buraxılmaması ilə bağlı iddialara aydınlıq gətirib.

Fiziki şəxslər üçün Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydaların oluduğunu xatırladan A.Əliyev həmin qaydalara əsasən, hər bir fiziki şəxsin öz istifadəsi, öz təlabatı üçün məhsul keçirə biləcəyini vurğulayıb. Aydın Əliyev bu qaydalara məhəl qoymayaraq qanunsuz yolla ölkəyə tütün məhsulları və spirtli içkilər keçirməyə çalışan bəzi işbazların qarşısnın aldındığını diqqətə çatdırıb.

"Dəfələrlə sərhəd keçid məntəqələrində gömrük orqanı əməkdaşlarına hücum ediblər, onlara xəsarətlər yetirilib, məntəqələrin pəncərələri sındırılıb. Həmin şəxslər haqında hüquq mühafizə orqanları tədbir görür. Onlar cinayət məsuliyyətinə cəlb olunacaq", - deyə Komitə sədri vurğulayıb.

Müsahibə zamanı avtomobillə ölkəmizə gələn insanların depozitlə bağlı problemlərinə də toxunulub. Aydın Əliyev bu problemin aradan qalxmaq üzrə olduğunu, depozitin tətbiqinə başlanıldığını bildirib.

Daha sonra gömrük əməkdaşı və vətəndaş təmasının aradan qaldırlması sahəsində aparılan islahatlardan danışan A.Əliyev müəyyən neqativ halların olduğunu və bunlarla daim mübarizə aparıldığnı söyləyib.

"Gömrük sistemində son illər ərzində intizam qaydalarına cəlb olunma statistikasına görə 5 ay ərzində 100-dən çox gömrük əməkdaşı cəzalandırılıb", - deyə Aydın Əliyev qeyd edib.

Tarix
2016.06.06 / 00:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Tovuzda son durum açıqlandı

Ermənilərin bu əməlləri Avropaya təsir edə bilər - Kakar

Nikol bu qalmaqalı boğmaq üçün onu həbs etdi - Kazinyan

Putinin dostundan Qarabağ açıqlaması: Tam vaxtıdır! - Video

BMT Qarabağla bağlı xüsusi qərar verə bilərmi? - Muradova

Baş nazirin müavini və digər rəsmilər cəbhə xəttində

Səfirimiz qubernatorla görüşdü - Foto

Bu aylarda korona ilə bağlı çətinlik olmasa... - TƏBİB

Ceyhun Bayramov Ukrayna xalqına başsağlığı verdi

Kreml əmr versə, qiyam Qarabağdan başlayacaq

KULT
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla