Yuxarı

Xanazax istiqamətində atəş açılması... - MN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xanazax istiqamətində atəş açılması... - MN

Xanazax yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən intensiv atəş açılması barədə Ermənistan mediasının aprelin 21-də yaydığı xəbərlər məqsədyönlü dezinformasiyadır və heç bir real əsası yoxdur.

Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan MN-in Ordumuzun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsinin atəşə tutulması barədə yaydığı məlumata cavabında qeyd edilib.

Vurğulanıb ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki əhali və obyektlər istiqamətində heç bir atəş açılmır:

"Ordumuz yalnız zərurət yarandıqda təxribat məqsədi ilə mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin aktivliyinin qarşısını almaq məqsədilə adekvat cavab tədbirləri görür.

Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiyalar və yalan məlumatlar yaymaqla törətdiyi təxribatları ört-basdır etməyə, eləcə də beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır".

Tarix
2025.04.22 / 09:55
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Şövkət Mirziyayev Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla