Yuxarı

Nikol Bakının şərtini bu vaxt yerinə yetirəcək - Perenciyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol Bakının şərtini bu vaxt yerinə yetirəcək - Perenciyev

Paşinyan nə qədər hiyləgər olmağa çalışsa da, manevr taktikasına əməl etsə də, o, konstitusiyanı dəyişdirməli və sülh sazişi imzalamalı olduğu bir vəziyyətə düşə bilər.

Axar.az xəbər verir ki, bunu “Moskva-Bakı”ya müsahibəsində rusiyalı hərbi ekspert, politoloq Aleksandr Perenciyev deyib.

“Bu elə bir vəziyyət olacaq ki, İrəvan daha yeni nəsə fikirləşə və ya konstitusiya ilə bağlı referendumu təxirə sala bilməyəcək. Amma çox güman ki, bunun üçün şərait xüsusi hərbi əməliyyatın bitməsindən sonra formalaşacaq. Çünki Rusiya daha azad, Qərb üçün daha çətin olacaq, Ermənistana daha da az vaxt qalacaq. Ümumi vəziyyət, o cümlədən Cənubi Qafqaz üçün elə inkişaf edə bilər ki, İrəvanın sadəcə olaraq konstitusiyanı dəyişdirməkdən, sülh sazişi imzalamaqdan başqa gedəcək yeri qalmayacaq. Hazırda isə Ermənistan və Qərbin müxtəlif oyunları davam edir”, - o bildirib.

Onun sözlərinə görə, Ukrayna ətrafında münaqişə bitdikdən sonra İrəvanın tez bir zamanda “melodiyası”nı dəyişməsi ehtimalı yüksəkdir:

“Rusiyanı tənqid etməyi dayandıracaq və KTMT-yə qayıdacaq, çünki onun çoxlu variantı olmayacaq. Qərb ona problemlərinin həllində fəal kömək edə bilməyəcək. Artıq Avropa Birliyinin təsiri və resursları ilə bağlı vəziyyət dəyişir. O vaxta qədər Azərbaycan təzyiq edəcək, İrəvan qaçmağa davam edəcək”.

Tarix
2025.04.22 / 13:14
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib - Prezident

Əzab-əziyyətə baxmayaraq, Azərbaycan xalqı əyilmədi

Əsl müstəqillik o vaxt olur ki... – İlham Əliyev

Dünya liderləri İlham Əliyevi təbrik edir

Prezident Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü

İlham Əliyev Xankəndidəki Zəfər parkında - Foto

İlham Əliyev Xocalıda bu MMC-nin açılşında iştirak etdi

AXC-nin 1 yaşı necə keçib? - Əli Yusifin 1919-ci il yazısı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla