Yuxarı

Azərbaycan Çinlə elə bir saziş imzaladı ki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Çinlə elə bir saziş imzaladı ki...

Bu gün Azərbaycan və Çin arasında kosmik sahədə əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb. Düşünürəm ki, bu, Azərbaycan üçün çox ciddi və əhəmiyyətli bir məsələdir. İndiyədək Azərbaycanın kosmos sahəsində əsas partnyorları fərqli ölkələr olub. Amma kosmos sahəsində dünyada əsas söz sahibi olan ölkə ilə yüksək səviyyədə belə anlaşma əldə edilməsi böyük hadisədir.

Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.

“Fikrimcə, Çin-Azərbaycan kosmik əməkdaşlığı sadəcə texnologiya ötürülməsi deyil, Azərbaycanın qlobal kosmik bazarda strateji oyunçuya çevrilməsi deməkdir. Bu anlaşma Azərbaycanın kosmos sahəsində beynəlxalq etimadını və imkanlarını daha da genişləndirəcək. Bu həm iqtisadi, həm də texnoloji suverenliyimizə birbaşa töhfədir.

Xatırladıram ki, indiyədək bu sahədə Çin şirkətləri ilə bir neçə müqaviləimiz olub. Bir neçə il öncə “Azərkosmos” Çin şirkəti “Emposat” ilə 7,3 metrlik yüksək dəqiqlikli peyk antenasının quraşdırılmasına dair müqavilə imzalamışdı. Bununla yanaşı, digər Çin şirkətləri – “Rhosoon”, “StarWin”, “Star.Vision”, “Satelliteherd” ilə də Azərbaycan arasında rəqəmsal rabitə, peyk müşahidəsi və süni intellekt əsaslı təhlillər üzrə əməkdaşlıqlar davam edirdi.

Yəni Çin şirkətləri öz yüksək texnologiyalarını gətirib ölkəmizdə quraşdırır və idarə edir, bu da ölkəmiz üçün həm texniki biliklərin, innovasiyaların ötürülməsi, həm də iqtisadi baxımdan gəlir deməkdir.

Yeni strateji anlaşma isə bu əməkdaşlığı Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiyanın peyk rabitə mərkəzinə çevirməsi deməkdir. Həmçinin Azərbaycanın “Tier 4” sertifikatlı teleportunun da dünyanın peyk operatorları üçün etibarlı hostinq mərkəzi kimi tanınmasıdır.

Lakin burada diqqətçəkən, incə bir məqam var.

Məlumdur ki Azərbaycanın yeni müşahidə peyklərini İsrail hazırlayacaq. Bununla bağlı ötən il İsrail şirkətləri ilə anlaşma imzalanıb.

Belə bir vəziyyətdə paralel olaraq Çinlə bu dərəcədə dərin kosmik əməkdaşlıqlar görəsən müəyyən risklər yarada bilərmi?

Çin və İsrailin regionumuzda geosiyasi maraqlarının fərqli olması baxımından eyni teleportdan həm Çin texnologiyaları, həm də İsrail istehsalı olan peyklərə xidmət göstərilməsi risklər yaradacaqmı?

Ümid edirəm və inanıram ki, Azərbaycan tərəfi bütün bu riskləri, “texnoloji balans” və “geosiyasi neytrallıq” prinsiplərini nəzərə alıb. İstənilən halda, Azərbaycanın qlobal kosmik bazarda strateji oyunçuya çevrilməsi baxımından Çinlə əldə olunan anlaşma çox böyük uğurdur.

Çinlə imzalanan bu razılaşmalar sayəsində Azərbaycan tədricən regional deyil, qlobal kosmik ekosistemin fəal oyunçusuna çevriləcək”, - Gündüz bildirib.

Tarix
2025.04.23 / 14:03
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər Sədərəkdə bunu etmək istəyir - Yeni Zəngəzur planı

Bu ölkə Azərbaycana səfir təyin etdi - İqamətgah Ankaradadır

Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı

Azərbaycan nümayəndə heyəti İrəvanda... - Fotolar

Suriyadan 6 azərbaycanlı ölkəyə gətirildi

Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var

Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada kimdir?

Hazırda Bakı ilə bu məsələnin üzərində işləyirik - Mirzoyan

Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb

İlham Əliyev Orbanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla