Yuxarı

Pezeşkianın Bakı səfərinə qarşı İsrailin həmləsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pezeşkianın Bakı səfərinə qarşı İsrailin həmləsi

Ötən gün “İsrail Hayom” nəşri Baş nazir Benyamin Netanyahunun Azərbaycana səfər edəcəyi ilə bağlı məlumat yaydı.

Axar.az xəbər verir ki, informasiyada vaxt, tarix, səbəb açıqlanmırdı, ancaq səfərin “tezliklə” baş verəcəyi iddia edilirdi.

Nüfuzlu media qurumu olmasına baxmayaraq, “İsrail Hayom” nə hansısa mənbəyə əsaslanmış, nə də informasiyanı dəqiqləşdirməyə, rəsmi açıqlama almağa çalışmışdı. Əvəzində isə bu məlumatı bütün platformalarda tirajlamışdı.

Olduqca maraqlıdır: Pezeşkianın Azərbaycana səfərinə hazırlıq getdiyi, nümayəndə heyətinə 120-dən çox rəsmi şəxsin, millət vəkili və iş adamının daxil olacağı bildirilən bir vaxtda Netanyahunun Bakıya “tezliklə” gələcəyi hardan çıxdı?

Bu informasiyanın ardınca İranın bəzi şəbəkələrində, o cümlədən Ermənistan kanalları və saytlarında “təhlillər” başladı: Netanyahunun gəlişinin “səbəbləri” və əlbəttə ki, “İrana qarşı plan” qabardılırdı.

Əlbəttə, İsrail Azərbaycanın strateji tərəfdaşıdır və bu ölkə ilə təkcə dövlət səviyyəsində deyil, xalqlar arasında da yüksək etimad və xoş münasibət var. Ancaq Azərbaycan qonşuları ilə münasibəti heç bir strateji müttəfiqinə görə deyil, öz dövlət maraqlarına görə qurur. Bu baxımdan İranla son vaxtlar münasibətlərin istiləşməsi, xüsusilə azərbaycanlı olduğunu fəxrlə ifadə edən Pezeşkian hökuməti ilə əlaqələrin genişlənməsi, İran prezidentinin səfərinə xüsusi hazırlıq ölkəmizin maraqlarına tam uyğundur.

İsrail isə strateji müttəfiqi ilə düşmən saydığı İran arasında münasibətlərin yüksəlməsindən, təbii ki, narahatdır və bu səfəri diqqətlə izləyir. Buna görə də mümkün olduqca bu səfərin iki ölkənin əlaqələrini yüksək səviyyəyə qaldırmasına mane olmaq Təl-Əvivin maraqlarına uyğundur.

Bu prizmadan “Netanyahu tezliklə Azərbaycana səfər edəcək” xəbəri daha çox hibrid savaşın elementinə bənzəyir. Bu informasiya İranda bəzi qüvvələrə Azərbaycanın İsraillə strateji müttəfiq olduğunu xatırlatmalı və Pezeşkianın səfəri öncəsi İranda bəzi radikalların şimal qonşusunun ünvanına ittihamları körükləməli idi.

Erməni mediasının bu “faktı” dərhal qaparaq, silsilə “təhlillərə” girişməsi də bu məqamda təsadüfi deyil!

Tarix
2025.04.24 / 14:08
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Zəngəzur dəhlizi və BTQ bir-birini tamamlayacaq - Boyraz

“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi

Pezeşkian Azərbaycanla bağlı göstəriş verdi - Sənayi

Macarıstan prezidenti Əli Hüseynlini təltif etdi

Azərbaycan və Ermənistan nümayəndələri İrəvanda görüşdü

Yanacaqdoldurma obyektlərinə yeni tələb qoyuldu

Qafarova Zəngəzur dəhlizi ifadəsini Simonyana izah etdi

Ruslar vurdu: azərbaycanlıların evləri zərər gördü - Foto

Əliyev İrəvana gəlsin, Paşinyan Bakıya getsin... - Simonyan

Eyyubovdan Prezidentə: Bunu heç kim edə bilməzdi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla