Yuxarı

Azərbaycanda “Çin dili” dövrü başlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda “Çin dili” dövrü başlayır

Azərbaycanda “Çin dili öyrən” dövrü başlayır. Xatrılayıram ki, 2000-ci illərin əvvəli ABŞ-da olarkən küçələrdə hər addımda “Çin dili kursları” elanı diqqət cəlb edirdi. Maraqlandıqda məlum oldu ki, əvvəllər burada daha çox rus dili kursları varmış. Lakin SSRİ dağılandan sonra Amerika gənclərinin də rus dilinə marağı qalmayıb və onlar Çin dilini öyrənməyə üstünlük veriblər.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.

“İndi düşünürəm ki, Azərbaycanla Çin arasında həm biznes, həm də elm, təhsil və texnologiya sahəsində imzalanan strateji razılaşmalardan sonra Çin dili ölkəmizdə yeni önəm qazanacaq. Düşünmək olar ki, Çin dili kursları artacaq, özəl və dövlət məktəbləri, universitetlər bu dili tədris etməyə başlayacaqlar.

Əlbəttə, Çin bazarlarına çıxış, texnologiya və ticarət sahəsində üstünlük və birbaşa əlaqə, biznes, gənclərin yeni təhsil və iş fürsətləri üçün bu dil getdikcə daha çox əhəmiyyət kəsb edəcək.

Düşünürəm ki, hökumətin Çin dili ilə bağlı müəllim hazırlığı və təqaüd proqramları yaratması, tədris proqramlarına Çin dilinin əlavə edilməsi, Çin universitetləri və institutları ilə tələbə mübadiləsini artırması doğru və faydalı olardı. Valideynlər də fərqində olmalıdırlar ki yaxın gələcəkdə bizdə biznes və ticarət, texnologiya və innovasiyalar, logistika və diplomatiya sahələrində Çin dili bilən kadrlara böyük ehtiyac yaranacaq.

Əlavə olaraq qeyd edim ki, sayt hazırlayanlar da fərqində olsunlar ki, bəzi milli internet resurslarımız ənənəvi 3 dildə yox, 4 dildə ola biləcək”, - Gündüz qeyd edib.

Tarix
2025.04.24 / 16:09
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

İsrail səfirliyi Azərbaycana başsağlığı verdi

Azərbaycan və Ukrayna rəsmiləri arasında mühüm görüş...

XİN-dən Xocalı ilə bağlı bəyanat

Bu, bütün bəşəriyyətə qarşı cinayətdir - Mehriban Əliyeva

Xocalı soyqırımından 34 il ötür

Son 80 ildə Azərbaycan qədər... - İlham Əliyev

İlham Əliyevdən Xocalı ilə bağlı paylaşım

Prezident Xocalıda Xanabadı ziyarət etdi

Evi 10 minlik elektrik borcu ilə tərk edən köçkün danışdı

Tolikə yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla