Yuxarı

Azərbaycandakı yaxınlarımızla görüşmək... - Pezeşkian

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandakı yaxınlarımızla görüşmək... - Pezeşkian

Azərbaycan Respublikası ilə əməkdaşlıq üçün yaxşı imkanlar, fürsətlər və əsaslar mövcuddur.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərdən öncə açıqlamasında bildirib.

“Biz İran, Azərbaycan Respublikası və Rusiya arasında ticarət, elmi, iqtisadi məsələləri, tranzit yollarını müzakirə edəcəyik", - Prezident söyləyib.

Onun sözlərinə görə, bu səfər dost və qardaş ölkə Azərbaycanın Prezidenti İlham Əliyevin rəsmi dəvəti ilə həyata keçirilir: “Biz həmçinin Azərbaycandakı yaxınlarımızla görüşməkdə maraqlıyıq".

Prezident əlavə edib ki, bu səfər çərçivəsində iş adamları, sənayeçilər və alimlər Azərbaycandakı tərəfdaşlarıyla danışıqlar aparacaq, əlaqələri genişləndirməyə çalışacaq:

“İki ölkə dərin tarixi, mədəni və mənəvi bağlara malikdir. Ümid edirəm ki, bu mübadilələr ölkənin bütün sahələrdə inkişafına, böyüməsinə səbəb olacaq. Biz ümumi təcrübəmizi bir-birimizlə bölüşə biləcəyik".

İran prezidenti qeyd edib ki, səfər zamanı təcrübə mübadiləsi, ticarət və iqtisadiyyata birgə sərmayə qoymaq üçün imkan əldə ediləcək: “Biz birgə dəhlizlərə sərmayə qoymuşuq".

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian bu gün Azərbaycana səfərə gələcək.

Tarix
2025.04.28 / 11:37
Müəllif
Axar.az
Digər xəbərlər

Daha bir deputat partiyadan çıxarılır? – Yüksək vəzifə

Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov

Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi

Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov

Pulsuz dərmanların verilməsiylə bağlı təklif qəbul edildi

Adnan Əhmədzadəyə aid “Bolmart”da əməliyyat

İş adamı Yusif Xəlilov azadlığa buraxıldı

Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - Şok siyahı

Bakı və İrəvan arasında sülh sazişinin yeri və tarixi...

Azərbaycandan mal idxalında maraqlıyıq - Papoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla