Yuxarı

Netanyahunun Bakı səfəri: 30 il öncə Əliyevlə nə danışıb?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya səfəri 7-11 may tarixlərinə planlaşdırılır. Səfər həm də öz müddəti (beş gün) ilə seçilir ki, bu da yüksək səviyyəli rəsmi səfərlər üçün qeyri-adi haldır. Daha əvvəl İsrail hökuməti başçısının oxşar səfərləri maksimum 1-2 gün davam edirdi.

Axar.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında israilli tarixçi və politoloq Avram Şmuleviç deyib.

Onun sözlərinə görə, əvvəlcə səfərin mayın 8-də baş tutacağı və bir günlük olacağı bildirilsə də, sonradan müddətin uzadıldığı açıqlanıb:

“Səfər mühüm geosiyasi kontekstə malikdir. Əsas tədbirlər mayın 8-də, yəni Netanyahunun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi vaxt planlaşdırılır. Çox güman ki, müzakirələr ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizliyə yönələcək.

İqtisadi əməkdaşlığın gücləndirilməsinə yönəlmiş müqavilələrin imzalanması mümkündür. Son illər Azərbaycan və İsrail arasında ticarət dövriyyəsi sabit olaraq 3,5 milyard dollar civarındadır. Əsas diqqət Təl-Əviv və Ankara arasında iqtisadiyyat, enerji, texnologiya, tibb və xüsusilə də müdafiə sənayesi sahələrində strateji tərəfdaşlığın daha da gücləndirilməsinə yönəlib. İsrail Azərbaycana müdafiə texnologiyalarının ən böyük təchizatçılarından biri olaraq qalır və bu sahədə əməkdaşlıq İkinci Qarabağ müharibəsindən sonra intensivləşib”.

A.Şmuleviç qeyd edib ki, İsrailin baş naziri mayın 8-də ölkənin yəhudi icmasının nümayəndələri ilə də görüşəcək və Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Bakıda Şəhidlər Xiyabanındakı məzarını ziyarət edəcək:

“Səfər çərçivəsində o, həmçinin “Şabat”ı Bakıda keçirməyi planlaşdırır ki, bu da İsrailin İslam dünyasının bir hissəsində təcrid olunması kontekstində səfərin simvolik əhəmiyyətini vurğulayır.

Təl-Əviv hökumətinin nümayəndə heyətinə İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) yüksək rütbəli generalları, o cümlədən Azərbaycan əsilli zabitlər daxil olacaq ki, bu da ölkələr arasında mədəni əlaqələrə işarədir.

Bu səfər həm də geosiyasi kontekstdə Azərbaycanın İsrail və Türkiyə arasında gərginliyin azaldılmasında vasitəçilik rolunu oynaması ilə regionda strateji yönləndirmənin bir hissəsi kimi qiymətləndirilir. Azərbaycan son vaxtlar İsrail və Türkiyə arasında, xüsusilə də Suriyadakı vəziyyətlə bağlı vasitəçi kimi çıxış edib. Suriyada toqquşmaların qarşısını almaq üçün Bakıda İsrail və Türkiyə nümayəndələri arasında texniki məsləhətləşmələr keçirilib.

Səfər eyni zamanda İsrail, Azərbaycan və ABŞ arasında üçtərəfli əməkdaşlığı dərinləşdirmək məqsədi daşıyır. Amerikanın xüsusi nümayəndəsi Stiv Vitkoff yaxın zamanda bu məqsədlə Bakıda olub.

Bu səfər İran Prezidenti Məsud Pezeşkianın Bakıya gəlişindən cəmi 10 gün sonra, Vaşinqton və Tehran arasında nüvə danışıqlarının bərpası fonunda baş verir. Azərbaycanın artan vasitəçi rolu və İsraillə sıx əlaqələri Tehranda narahatlıq doğurur”.

Ekspert qeyd edib ki, may ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da ikitərəfli hökumətlərarası komissiyanın iclasında iştirak etmək üçün Bakıya səfəri gözlənilir:

“Səfərlərin rəsmi olaraq bir-biri ilə əlaqəsi olmasa da, Azərbaycan daha əvvəl Suriyada toqquşmaların qarşısını almaq üçün iki ölkə arasında Bakıda görüş də daxil olmaqla Türkiyə-İsrail gərginliyinin azaldılmasına dəstək göstərməyi təklif edib.

Türkiyə Netanyahunun təyyarəsinin Azərbaycana uçmaq üçün öz hava məkanından istifadə etməsinə icazə verdi ki, bu da Ankara ilə Təl-Əviv arasında mürəkkəb münasibətlərin fonunda diqqətəlayiq bir jest oldu.

"Tayms of İsrail"in məlumatına görə, Netanyahunun Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir. Media və sosial şəbəkələrdə İranla bağlı mümkün danışıqlar və ya İsrail nümayəndə heyətinin Bakıdan sonra Türkiyəyə növbəti səfəri ilə bağlı şayiələr də daxil olmaqla, səfərin strateji əhəmiyyəti vurğulanır”.

Şmuleviçin sözlərinə görə, bu, Netanyahunun 2023-cü il oktyabrın 7-də HƏMAS-la müharibə başlayandan sonra müsəlman ölkəsinə ilk səfəridir:

“Azərbaycan özünü Şərqlə Qərb, eləcə də müsəlman və yəhudi dünyaları arasında dialoqu təşviq edən neytral diplomatik platforma kimi təqdim edir.

Netanyahu artıq 1997-ci ildə Bakıya səfər etmiş, o vaxtkı Prezident Heydər Əliyevlə bir gecədə qısa söhbətlər aparmışdı. Həmin səfər Azərbaycanla İsrail arasında yaxınlaşmanın əsasını qoydu. Təxminən 30 ildən sonra indiki səfər bu prosesin davamı kimi qəbul edilir.

2016-cı ildə İsrailin Akko şəhərində Azərbaycan dağ yəhudilərinin irsi üzrə koordinasiya mərkəzi açılıb ki, bu da ölkələr arasında mədəni əlaqələrin rəmzidir”.

Ekspert sonda qeyd edib ki, Benyamin Netanyahunun 2025-ci ilin mayında Bakıya səfəri, İsrail və Azərbaycan arasında strateji tərəfdaşlığı gücləndirən əlamətdar hadisə olacağını vəd edir:

“Onun qeyri-adi şəkildə uzun sürməsi və zəngin proqramı, səfərin həm ikitərəfli münasibətlər, həm də regional diplomatiya üçün əhəmiyyətini vurğulayır. Azərbaycan çox güman ki, səfərdən mürəkkəb geosiyasi vəziyyətdə vasitəçi rolunu təsdiqləmək üçün istifadə edəcək.

Netanyahunun Bakıya səfəri sadəcə diplomatik hadisə deyil, regionda qüvvələr balansına təsir edə biləcək, İsrail, Azərbaycan və onların tərəfdaşları arasında əməkdaşlıq üçün yeni imkanlar yaradacaq bir addımdır”.

Tarix
2025.05.02 / 12:31
Müəllif
Axar.az
Digər xəbərlər

"Azərsun Holdinq”in yeni sədri bəlli oldu

Mnatsakanyan təsdiqlədi: "Ordunun komandanı" olub

Rustavidə saxlanılan İŞİD üzvü Azərbaycan vətəndaşıdır

Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə görüşdü

Əmlakın müsadirəsi ilə bağlı yeni qərar

Balayanın 1991-ci ildə istintaqa ifadəsi: hücum edənlər...

Ağacları kütləvi şəkildə kəsənlər vəzifəli şəxslər imiş

Pənahov ABŞ-da 2 milyonluq villanı hansı pulla alıb?

Başçı bir ərazini iki şəxsə satdı, məhkəməni isə saymırlar...

Xocalıda qumbara partladı: yaralı var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla