Yuxarı

“Uzaq sahillərdə” filmi Berlində bərpa olundu - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Uzaq sahillərdə” filmi Berlində bərpa olundu - Video

Azərbaycanın Almaniyadakı səfirliyinin sifarişi ilə “Uzaq sahillərdə” filminin (1958) alman dilindəki versiyası Berlində rəqəmsallaşdırılaraq bərpa edilib, filmin görüntü və səs keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

Kult.az xəbər verir ki, filmin bərpa olunmuş versiyası səfirliyin təşkilatçılığı ilə Berlinin tanınmış “Urania” elm mərkəzinin kinoteatrında nümayiş etdirilib. Nümayiş İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80-ci ildönümünə həsr olunub.

Tədbirdə Almaniyanın dövlət qurumlarının nümayəndələri, müxtəlif ölkələrin səfirləri, elm və mədəniyyət xadimləri, kinoşünaslar, jurnalistlər, həmçinin Almaniyada yaşayan Azərbaycan, türk və digər dost icmaların üzvləri iştirak ediblər.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında “Uzaq sahillərdə” filminin qəhrəman partizan Mehdi Hüseynzadənin və onun doğma Vətəni Azərbaycanın qətiyyətini, fədakarlığını və sarsılmaz iradəsini əks etdirdiyini vurğulayıb. O, M.Hüseynzadənin fədakar döyüşçü olmaqla yanaşı, beynəlxalq həmrəyliyin, Vətənindən uzaqda faşizmə qarşı mübarizə aparan qəhrəmanlıq rəmzi olduğunu və bu amallar uğrunda canından keçdiyini qeyd edib.

Səfir faşizm üzərində tarixi qələbəyə Azərbaycanın verdiyi mühüm töhfələrdən bəhs edərək bildirib ki, təxminən 700 min azərbaycanlı müharibəyə yollanıb, onların 300 mindən çoxu həlak olub. 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla, o cümlədən 130 nəfər “Sovet İttifaqı Qəhrəmanı” adı ilə təltif olunub. Bildirilib ki, azərbaycanlı çağırışçılardan və könüllülərdən ibarət milli atıcı diviziyalar Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçiblər. N.Ağayev xüsusi olaraq qeyd edib ki, Azərbaycan faşizmə qarşı mübarizədə təkcə insan resursları ilə deyil, həm də zəngin enerji ehtiyatları ilə iştirak edib və Qələbənin əldə olunmasında həlledici rol oynayıb.

Sonra nümayiş etdirilən film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Almaniyanın nüfuzlu “Berliner Zeitung” qəzeti tədbir haqda geniş məqalə dərc edərək, film, eləcə də Qələbənin qazanılmasına Azərbaycanın verdiyi töhfələr barədə oxucuları məlumatlandırıb. “TV Berlin” televiziya kanalı, eləcə də “Stimme der Hauptstadt” da tədbir haqda ətraflı reportajlar yayımlayıb.

Qeyd edək ki, “Uzaq sahillərdə” filmi 1959-cu ildə Almaniyanın DEFA studiyası tərəfindən Berlində alman dilinə dublyaj edilərək, “Damals in Triest” adı ilə nümayiş etdirilib. Səfirliyin DEFA studiyası və arxivlərlə apardığı iş nəticəsində filmin alman dilindəki versiyası aşkarlanaraq, Berlində klassik filmlərin bərpası ilə məşğul olan şirkət tərəfindən yüksək keyfiyyətdə bərpa edilib.

Filmin bərpa olunmuş versiyasını izləyə bilərsiniz:

Tarix
2025.04.25 / 11:05
Müəllif
Kult.az
Digər xəbərlər

AzTV sədri Vəli Əkbəri işdən çıxartdı - Səbəb

İlham Əliyev uzaqgörən liderdir - İsrail XİN başçısı

İran federallaşmalıdır, yoxsa parçalanmalı?

Saar Bakıda Türkiyədən danışdı: Təssüf ki, münasibətlər...

İrana hücum mütləq olacaq - Millət vəkili

Tramp Bakıya getməli və Əliyevlə... - Dorandan mühüm

Tezliklə Bakıya rəsmi dəvət göndəriləcək - Matevosyan

İrana gedən azərbaycanlıların sayında artım - Müəmma

Azərbaycanla sərhəddə 2200 ev boşaldılıb - Aleksanyan

İsrail xarici işlər naziri Milli Məclisdə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla