18:47
Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil
naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və
tədqiqat naziri arasında Azərbaycan–Fransız Universitetinə dair
Niyyət Məktubunun təsdiq edilməsi haqqında sərəncam
imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti
məlumat yayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında ali təhsil
sisteminin təkmilləşdirilməsi və Fransanın nüfuzlu ali məktəbləri
ilə əlaqələrin genişləndirilməsi, eləcə də Azərbaycan Respublikası
vətəndaşlarına xaricə getmədən öz vətənlərində aparıcı ölkələrin
ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq
imkanının yaradılması məqsədi ilə qərara alıram:
1. UFAZ layihəsinə cəlb edilən Azərbaycan Respublikası ali
təhsil müəssisələrinə Azərbaycan Respublikasının Dövlət İmtahan
Mərkəzi publik hüquqi şəxsin keçirdiyi qəbul imtahanlarının
nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ
verilsin.
2. Müəyyən edilsin ki, UFAZ layihəsinə cəlb olunan Azərbaycan
Respublikası ali təhsil müəssisələri:
2.1. tətbiq etdikləri Fransa Respublikasının müvafiq ali təhsil
müəssisələrinin təhsil proqramlarını birgə idarə etmək hüququna
malikdirlər;
2.2. maddi-texniki baza imkan verdiyi hallarda UFAZ layihəsi
üçün müəyyən edilmiş dövlət hesabına təhsilalanların sayından artıq
ödənişli əsaslarla da tələbə qəbulu apara bilərlər.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. UFAZ layihəsi çərçivəsində dövlət hesabına təhsil alan
tələbələrin sayını hər il müəyyən etsin;
3.2. UFAZ layihəsinə cəlb olunacaq ali təhsil müəssisələrinin
maddi-texniki bazasının təşkili və əməliyyat xərclərinin
maliyyələşdirilməsi məsələlərini həll etsin;
3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
***
19:06
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət
Sərhəd Xidməti haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə
fərman imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti
məlumat yayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr
tarixli 823 nömrəli Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002, № 12, maddə 718; 2007, № 5, maddə
460, № 11, maddə 1117; 2008, № 6, maddələr 496, 497; 2009, № 12,
maddə 983; 2010, № 2, maddə 83, № 3, maddə 182; 2011, № 2, maddə
85; 2012, № 11, maddə 1115; 2014, № 10, maddə 1180; Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 919 nömrəli
Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət
Sərhəd Xidməti haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 9.7-1-ci və
11.2-1-ci bəndlər əlavə edilsin:
"9.7-1. narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv,
partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah
və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın
silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə
oluna bilən materialların və avadanlıqların Azərbaycan Respublikası
dövlət sərhədinin buraxılış məntəqələrindən qanunsuz keçirilməsinin
qarşısını almaq üçün tədbirlər görür;";
"11.2-1. şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədindən
qanunsuz keçməsinin, habelə narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli,
zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi
texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji
və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının
hazırlanmasında istifadə oluna bilən materialların və
avadanlıqların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını
almaq məqsədilə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış
məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə
baxış keçirilməsini təmin etmək;".
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda dəyişikliklər
edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş
"İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nu "Dövlət
qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci
il 30 sentyabr tarixli 1339-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq
məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust
tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440; 2006, № 3, maddə 229,
№ 6, maddə 498; 2007, № 2, maddələr 86, 101, № 3, maddələr 217,
227, № 7, maddə 714, № 9, maddə 867, № 10, maddə 948, № 12, maddə
1242; 2008, № 1, maddə 9, № 3, maddələr 173, 179, № 6, maddə 499, №
8, maddələr 717, 723; 2009, № 2, maddə 66, № 6, maddələr 419, 421,
422; 2010, № 2, maddə 80, № 3, maddə 183, № 10, maddə 850; 2011, №
2, maddə 85; 2012, № 11, maddə 1078; 2013, № 3, maddə 236, № 8,
maddə 901; 2014, № 9, maddə 1027) ilə təsdiq edilmiş "İnzibati və
yardımçı vəzifələrin Təsnifat Toplusu"nda aşağıdakı dəyişikliklər
edilsin:
1. 2.1.1-ci yarımbəndin dördüncü abzasına "Dövlət müşaviri"
sözlərindən sonra ", Azərbaycan Respublikası Ali Məhkəməsi
Aparatının rəhbəri" sözləri əlavə edilsin.
2. 2.1.2-ci yarımbənd üzrə:
2.1. onuncu abzasda "və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin" sözləri ", Azərbaycan Respublikası Nazirlər
Kabinetinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin" sözləri
ilə əvəz edilsin;
2.2. on ikinci abzasdan "Azərbaycan Respublikası Ali Məhkəməsi,"
sözləri çıxarılsın;
2.3. on üçüncü abzasda "və Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi" sözləri ", Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi" sözləri ilə
əvəz edilsin.
3. 2.1.3-cü yarımbənd üzrə:
3.1. altıncı abzasda "və Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin" sözləri ", Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin" sözləri
ilə əvəz edilsin;
3.2. doqquzuncu abzasa "Azərbaycan Respublikası Nazirlər
Kabinetinin" sözlərindən sonra ", Azərbaycan Respublikası Ali
Məhkəməsinin," sözləri əlavə edilsin;
3.3. onuncu abzasdan "Azərbaycan Respublikası Ali Məhkəməsi,"
sözləri çıxarılsın.
4. 2.1.4-cü yarımbənd üzrə:
4.1. yeddinci abzasın sonuna "məsləhətçi" sözündən sonra ",
Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri,
baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi,
məhkəmə iclasının katibi, hakimin köməkçisi" sözləri əlavə
edilsin;
4.2. onuncu abzasda "və Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin" sözləri ", Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin" sözləri
ilə əvəz edilsin;
4.3. on dördüncü abzasdan "Azərbaycan Respublikası Ali
Məhkəməsinin," sözləri çıxarılsın;
4.4. on beşinci abzasdan "Azərbaycan Respublikası Ali Məhkəməsi
sədrinin," sözləri çıxarılsın;
4.5. on altıncı abzas ləğv edilsin.
5. 2.1.5-ci yarımbəndin ikinci abzası ləğv edilsin.
6. 2.1.6-cı yarımbəndin on ikinci abzasından "Azərbaycan
Respublikası Ali Məhkəməsinin İşlər İdarəsində şöbə müdiri, onun
müavini, sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük
məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi," sözləri
çıxarılsın.
7. 2.3.1-ci yarımbəndin beşinci və altıncı abzaslarında "və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin" sözləri ", Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Ali
Məhkəməsinin" sözləri ilə əvəz edilsin.
8. 2.3.2-ci yarımbəndin ikinci abzasından "Azərbaycan
Respublikası Ali Məhkəməsinin," sözləri, üçüncü abzasından isə
"Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsində və"
sözləri çıxarılsın".
***
Prezident İlham Əliyev Azərbaycan Respulikasının Dövlət
orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron
Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında fərman
imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin
Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr
tarixli 262 nömrəli Fərmanında (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014, №9, maddə 1042) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. Adında və 1-ci hissəsində "orqanları tərəfindən həyata
keçirilən xidmətlərin" sözləri "Xidmətlərinin" sözü ilə əvəz
edilsin;
1.2. preambulada "orqanları tərəfindən həyata keçirilən
xidmətlər" sözləri "xidmətləri" sözü ilə əvəz edilsin;
1.3. 2.2-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.3–2.6-cı bəndlər əlavə
edilsin:
"2.3. Bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş qurumların
göstərdiyi xidmətlərlə bağlı daxil olan müraciətlərin (təklif və
şikayətlərin) aidiyyəti üzrə müraciətə baxan subyektlərə
göndərilməsini və onlar tərəfindən cavablandırılmasını Elektron
Reyestr vasitəsilə təşkil etsin;
2.4. "ASAN xidmət indeksi"ni təşkil edən aşağıdakı parametrləri
rəhbər tutmaqla, Elektron Reyestrə daxil edilmiş xidmətlərin
qiymətləndirilməsini həyata keçirsin:
2.4.1. xidmət barədə məlumatlandırma (xidmət üçün tələb olunan
sənədlər və xidmət haqları barədə məlumatlandırma, sorğu xidmətinə
edilən müraciətlərin cavablandırılma operativliyi və s.);
2.4.2. xidmətə müraciət imkanları (elektron, poçt, birbaşa);
2.4.3. xidmətin göstərilmə müddəti;
2.4.4. xidmətin təşkilində istifadə edilən informasiya
ehtiyatlarının elektronlaşdırılması və digər dövlət orqanlarının
informasiya sistemləri ilə inteqrasiyası;
2.4.5. xidmətlərin təşkili ilə bağlı əməkdaşlara təlim
keçilməsi;
2.4.6. şikayət və nəzarət mexanizmləri;
2.4.7. vətəndaş məmnunluğunun ölçülməsi mexanizmləri;
2.5. Elektron Reyestrə daxil edilmiş hər bir xidmət üzrə "ASAN
xidmət indeksi"nin Elektron Reyestrdə yerləşdirilməsini təmin
etsin;
2.6. Dövlət xidmətlərinin "ASAN xidmət indeksi" üzrə
qiymətləndirilməsi qaydalarını müəyyən etsin.";
1.4. 3-cü hissədə "orqanları" sözündən sonra ", dövlət
mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik
hüquqi şəxslər, büdcə təşkilatları" sözləri əlavə edilsin;
1.5. aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:
"3-1. Dövlət xidmətləri barədə məlumatlandırmanın vahid mənbədən
həyata keçirilməsini və dövlət xidmətləri barədə məlumatların
mütəmadi yenilənməsini təşkil etmək məqsədi ilə bu Fərmanın 3-cü
hissəsində nəzərdə tutulmuş qurumlar öz rəsmi internet informasiya
ehtiyatlarında dövlət xidmətləri bölməsinin yaradılmasını, burada
müvafiq dövlət xidmətləri barədə Elektron Reyestrdəki məlumatlara
keçidin yerləşdirilməsini və elektron xidmətlərin həmin bölmədən
həyata keçirilməsini 2016-cı il oktyabrın 1-dək təmin
etsinlər.".
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.