Yuxarı

BMT-nin daha bir qurumu ölkəmizdə fəaliyyətini dayandırır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Azərbaycan Hökumətindən rəsmi bildiriş alıb və ölkədəki fəaliyyətini başa çatdırır.

Axar.az xəbər verir ki, bu barədə APA-ya BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Metyu Saltmarş bildirib.

O qeyd edib ki, BMT sistemi Azərbaycan Hökuməti və xalqı ilə 33 illik tərəfdaşlığını yüksək qiymətləndirir və bu müddət ərzində BMT Azərbaycanda əsas inkişaf prioritetlərinin irəlilədilməsini dəstəkləyib:

“UNHCR bütün tərəfdaşlar və donorlarla məsləhətləşmələr aparmaqla öz fəaliyyətinin məsuliyyətli şəkildə başa çatdırılmasını təmin etməyə sadiqdir”.

Metyu Saltmarşın sözlərinə görə, BMT bütün üzv dövlətlərdə olduğu kimi, Azərbaycan Hökuməti ilə də fəal dialoqu davam etdirir ki, qurumun fəaliyyəti ölkənin milli inkişaf prioritetləri ilə uzlaşsın və 2030 Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsinə töhfə versin.

Qeyd edək ki, bundan öncə BMT-nin Əhali Fondu Azərbaycanda fəaliyyətini dayandırıb.

Tarix
2025.05.06 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Səid Xətibzadə ilə görüşdü -Foto

Aleksandr Turçin Ağdama getdi

BQXK-nın Bakı nümayəndəliyi Azərbaycanı tərk edir

Belarusun baş naziri Füzulidə… - Foto

Nikolun arvadı ordumuza qarşı necə döyüşüb? - Şok faktlar

Prezident Aleksandr Turçini qəbul etdi - Foto

Azərbaycanın balanslaşdırılmış xarici siyasəti

Azərbaycan və İranın beyin mərkəzləri memorandum imzaladı

Bakı və İrəvan arasında sülh... - Xətibzadə

Hərbçilərimiz Moskva küçələrində - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla