Yuxarı

Rusiyaya vizasız daxil olmaq üçün yeni tələb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyaya vizasız daxil olmaq üçün yeni tələb

Xarici vətəndaşlardan Rusiyaya daxil olmaq üçün QR kodu tələb olunacaq.

Axar.az APA-ya istinadla xəbər verir ki, iyunun 30-dan etibarən Rusiyaya vizasız daxil olmaq üçün “Gosuslugi RuID” vasitəsilə əvvəlcədən QR kodu əldə etmək lazım olacaq.

Rusiyaya səyahətdən ən azı 3 gün əvvəl qeydiyyat tələb olunur: məlumatlarınızı, marşrutunuzu, səfər məqsədinizi daxil etməli və sənədləri yükləməlisiniz. Xarici vətəndaş fövqəladə hallarda girişdən 4 saat əvvəl qeydiyyatdan keçməlidir.

QR kod 90 gün ərzində etibarlıdır. Lakin bu əcnəbinin RF ərazisinə mütləq girişinə zəmanət vermir. Bununla bağlı qərar hələ də sərhədçilərin ixtiyarındadır. Bundan əlavə xarici vətəndaş sərhədi keçən zaman həmçinin biometrik məlumatları təqdim etməlidir.

İstisnalar Belarus vətəndaşları, diplomatlar və 6 yaşa qədər uşaqlar üçündür.

Pilot rejim 2026-cı ilin iyun ayına qədər davam edəcək.

Tarix
2025.05.06 / 14:58
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab

Ceyhun Bayramov özbək həmkarı ilə danışdı

Prezidentin işdən çıxartdığı başçıdan açıqlama

Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb

Mahmud Abbas İlham Əliyevə məktub göndərdi

Karapetyan Azərbaycanla bağlı yalan danışır - Rubinyan

Azərbaycanla münasibətlər daha da inkişaf etməlidir - Vali

Bayramov gürcü həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla