Yuxarı

ABŞ-da etirazlar: Universitetin binası ələ keçirildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-da etirazlar: Universitetin binası ələ keçirildi

Fələstin tərəfdarı olan bir qrup etirazçı Sietl şəhərində yerləşən Vaşinqton Universitetinin kampuslarından birini ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə “ABC Nyus” təhsil müəssisəsinin nümayəndələrinə istinadən məlumat yayıb.

Məlumata görə, bazar ertəsi yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə çərşənbə axşamı 04:00) bir neçə etirazçı universitetin binasını ələ keçirib. Etirazçılar girişləri bağlayıb, hadisə yerinə polis gəlib.

Qeyd olunur ki, aksiyanı “Fələstin Bərabərliyi və Qayıdışını Müdafiə edən Tələbələr Birliyi” adlı bir qrup fəal təşkil edib. Etirazçılar universitetdən İsraili silahla təmin edən Amerikanın təyyarə istehsalçısı “Boinq” şirkəti ilə əlaqələrini kəsməyi və onun tədris prosesinə təsirini aradan qaldırmağı tələb edirlər.

Tarix
2025.05.06 / 14:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla