18:27
Prezident İlham Əliyev gənc istedadların xüsusi təqaüdə
layiq görülməsi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti
məlumat yayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və
"Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" Azərbaycan
Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli
Fərmanına uyğun olaraq qərara alıram:
Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları
Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın və onlar
xüsusi aylıq təqaüdə layiq görülsünlər:
Bağırov Emil Oqtay oğlu – Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının tələbəsi
Əhmədzadə Emil Kinyaz oğlu – Rauf Hacıyev adına 15 nömrəli
onbirillik musiqi məktəbinin şagirdi
Eminzadə Emin Xəzər oğlu – Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının tələbəsi
Hacızadə Suada Elxan qızı – Georgi Şaroyev adına 35 nömrəli
onbirillik musiqi məktəbinin şagirdi
Hüseynov Orxan İsa oğlu – Qara Qarayev adına Mərkəzi İncəsənət
Məktəbinin şagirdi
Hüseynzadə Lalə Natiq qızı – Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının tələbəsi
Məcidov Elman Aydın oğlu – Hamburq Musiqi və Teatr Ali
Məktəbinin tələbəsi
Omarlı Şükür Şəfi oğlu – Rauf Hacıyev adına 15 nömrəli
onbirillik musiqi məktəbinin şagirdi
Quliyev Ağarəhim Vaqif oğlu – Leopold və Mstislav Rostropoviçlər
adına 21 nömrəli onbirillik musiqi məktəbinin şagirdi
Səmədli Soltan Bayram oğlu – Azərbaycan Milli
Konservatoriyasının tələbəsi
18:42
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin
yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
kiçik və orta sahibkarların sənaye sahəsində fəaliyyətinin
dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin
edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması
məqsədi ilə qərara alıram:
1. Masallı rayonunda Masallı Sənaye Məhəlləsi yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə
Masallı Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri
üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət
müəssisələri yaradılır;
2.2. Masallı Sənaye Məhəlləsinin idarə olunmasını, inkişafını,
fəaliyyətinin təşkilini və tənzimlənməsini "Azərbaycan İnvestisiya
Şirkəti" Açıq Səhmdar Cəmiyyəti həyata keçirir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Masallı Sənaye Məhəlləsinin fəaliyyəti üçün Masallı rayonu
ərazisində 10 hektar torpaq sahəsinin ayrılması və icarəyə vermək
hüququ ilə "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar
Cəmiyyətinin daimi istifadəsinə verilməsi ilə bağlı üç ay
müddətində zəruri tədbirlər görsün və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
4.1. Masallı Sənaye Məhəlləsinin xarici və daxili
infrastrukturunun (elektrik və istilik enerjisi, qaz, su,
kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal
təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri)
yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata
keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək
məqsədi ilə zəruri tədbirlər görsün;
4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.