Yuxarı

Azərbaycanlı İsrailin ən yaxşı vəkilləri siyahısında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı İsrailin ən yaxşı vəkilləri siyahısında

2016-cı ildə "Dun & Bradstreet" beynəlxalq reytinq şirkəti (ABŞ) əslən Azərbaycandan olan Yaşar Yakobini İsrailin ən yaxşı cinayət vəkilləri siyahısına daxil edib. Bu barədə İsrailin "Vızovı vremeni" informasiya-analitik portalı məlumat yayıb.

Axar.az xəbər verir ki, hər il "Dun & Bradstreet" İsrailin "Qlobs" qəzetində hüququn müxtəlif sahələrində ölkənin ən yaxşı vəkillərinin siyahıları dərc edib. Cinayət hüququ üzrə vəkillərin siyahısında bu il ilk dəfə rusdilli vəkil Yaşar Yakobinin adı var.

Yaşar Yakobinin hesabında parlaq məhkəmə qələbələri var. Bəraət hökmlərinin sayına görə o, ölkə üzrə orta statistik göstəricidə xeyli irəlidədir. O, daim müxtəlif İsrail telekanallarda öz qələbələri barədə danışmağa dəvət olunur, mətbuat onun barəsində yazır.

Y.Yakobi deyib: "Dun & Bradstreet kimi bir şirkətin sənin peşəkarlığını qiymətləndirməsi çox vacibdir. Çünki bu şirkət reytinq siyahısını tərtib edərkən hər bir namizədi dərindən öyrənir. Şirkətin nümayəndələri vəkillərin həmkarları, prokurorlar, müştərilər, bəzi hallarda polislərlə ünsiyyətdə olur və yalnız məsələni diqqətlə tədqiq etdikdən sonra qərar çıxarırlar.

Uğurumu onunla izah edirəm ki, proses zamanı müştərinin işinin təfərrüatlarına varır, improvizə edir, iştirakçıların davranışına reaksiya verirəm. Vəkilin digər mühüm keyfiyyəti, fikrimcə, müştəri üçün mübarizə aparmaq, onun ruhdan düşməsinə imkan verməmək və bütün dünya ona qarşı olarkən belə müştərinin tərəfində olmaqdır".

Tarix
2016.06.15 / 00:19
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla