Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti
ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və
Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin
təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti
məlumat yayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
2016-cı il martın 8-də Bakı şəhərində imzalanmış və Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 28 aprel tarixli 882 nömrəli
Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hökuməti ilə
Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki
Komissiyanın yaradılması haqqında Saziş"ə əsasən qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti
arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan
Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə
hallar naziri
Komissiyanın üzvləri:
İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə nazirinin
birinci müavini
Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm
nazirinin birinci müavini
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin
müavini
Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin
müavini
Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin
müavini
Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin
müavini
Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı
nazirinin müavini
Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
sədrinin birinci müavini
Elşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
vitse-prezidenti
Tofiq Abdullayev - Azərbaycan Respublikasının Qətər Dövlətində
fövqəladə və səlahiyyətli səfiri
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu
Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası
Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi,
Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən
tərkibi barədə Qətər Dövləti tərəfinə müvafiq bildiriş
göndərsin.
***
İlham Əliyev G.H.Məmmədovanın "Azərbaycan Respublikası
Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam
imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Gülçöhrə
Hüseyn qızı Məmmədova "Azərbaycan Respublikası Prezidentinin fəxri
diplomu" ilə təltif edilsin.
***
İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat
Universitetinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi
haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan
Memarlıq və İnşaat Universitetinin aşağıdakı əməkdaşları "Tərəqqi"
medalı ilə təltif edilsinlər:
Ağayev Asəf Mirzə oğlu
Hacıyev Arif Müseyib oğlu
Haqverdiyeva Tahirə Axi qızı
İmaməliyeva Cəmilə Nüsrət qızı
Quliyev Sabir Əli oğlu
Məmmədov Məhəbbət Aşır oğlu
Nağıyev Nizami Həsən oğlu
Sadıkov Polad Məmmədoviç
Şirinzadə İradə Nüsrət qızı.
***
İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat
Universitetinin əməkdaşlarına "Əməkdar müəllim" fəxri adının
verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
qərara alıram:
Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan
Memarlıq və İnşaat Universitetinin aşağıdakı əməkdaşlarına "Əməkdar
müəllim" fəxri adı verilsin:
Əliyev Rafiq Musa oğlu
Əliyev Surxay Süleyman oğlu
Hacıyev Muxlis Əhməd oğlu
İsmayılov Şahin Məmməd oğlu
Qəhrəmanlı Yaşar Vəli oğlu
Qəniyeva Saçlı Abdulxaq qızı
Qəribov Rahad Tanrıverdi oğlu
Məmmədov Hikmət Süleyman oğlu
Musayev Zakir Səməd oğlu
Səmədov Yaşar Hüseyn oğlu
Tağıyeva Validə Abbasovna
Vahabov Nadir Eyub oğlu
Zəkiyeva Şükufə Böyük Ağa qızı.