Yuxarı

Ermənistanda Türkiyə hərbi bazası olacaq - Karapetyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanda Türkiyə hərbi bazası olacaq - Karapetyan

Ermənistan ərazisində ya Rusiya, ya da Türkiyənin hərbi bazası olacaq. Seçim isə Ermənistan xalqınındır.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu “Güclü Ermənistan” blokunun lideri, iş adamı Samvel Karapetyan Ermənistanın Baş naziri Nikol Paşinyanın 102-ci Rusiya hərbi bazasının ölkədən çıxarılmasına etiraz etməyəcəkləri barədə açıqlamasını şərh edərkən deyib.

“Başsız qalacağıq. Yaxud ərazimizdə Türkiyənin hərbi bazası yerləşəcək. Nəhayət, burada hansısa baza olmalıdır. Bu, ya Rusiya, ya da Türkiyə bazası olacaq. Seçim sizindir”, – deyə Karapetyan bildirib.

Qeyd edək ki, sentyabrın 3-də keçirilən brifinqdə Nikol Paşinyan Ermənistan hakimiyyətinin 102-ci Rusiya hərbi bazasının ölkə ərazisindən çıxarılması məsələsini heç vaxt gündəmə gətirmədiyini deyib. O qeyd edib ki, Rusiya belə bir qərar versə, İrəvan buna etiraz etməyəcək.

Paşinyanın sözlərinə görə, Ermənistan hakimiyyəti Rusiya hərbi bazasının ölkədə qalmasını həyati zərurət hesab etmir.

Baş nazir bunu Rusiya Prezidenti Vladimir Putinin 102-ci hərbi bazanın Ermənistandan elə sabah çıxarıla biləcəyi barədə açıqlamasını şərh edərkən deyib.

102-ci Rusiya hərbi bazası 1995-ci ildə imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistan ərazisində yerləşdirilib. 2010-cu ildə müqaviləyə dəyişiklik edilərək bazanın Ermənistanda qalma müddəti ilkin 25 ildən 49 ilədək uzadılıb. Müvafiq olaraq, bazanın ölkə ərazisində qalma müddəti 2044-cü ilədək müəyyənləşib.

Tarix
2026.09.11 / 22:30
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla