Yuxarı

ABŞ Zəngəzura dəstək verdi, biz önünü aldıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Zəngəzura dəstək verdi, biz önünü aldıq

İran Zəngəzur dəhlizinin yaradılması cəhdinin qarşısını alıb.

Axar.az xəbər verir ki, bunu İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

O bildirib ki, İran heç vaxt indiki qədər güclü, müstəqil və nüfuzlu olmayıb:

“Bu gücün ən bariz əlamətlərindən biri də İranın Cənubi Qafqaz regionundakı böhrana çevik və qətiyyətli reaksiya verməsi idi. Bəzi ölkələr Zəngəzur dəhlizinin yaradılması bəhanəsi ilə Naxçıvanı Ermənistan ərazisi vasitəsilə Azərbaycanla birləşdirməyə cəhd göstərdikdə, bu layihə əslində İran dəhlizinin parçalanması və Avropaya yolun əngəllənməsi demək idi, İran bu plana qətiyyətlə qarşı çıxdı və onun həyata keçirilməsini pozdu. Co Baydenin özü də ABŞ prezidenti vəzifəsini icra edərkən etiraf edib ki, dəhlizin işə salınması üçün hər şey hazırdır, lakin bu layihənin həyata keçirilməsinə İran mane oldu. Bu bəyanat onu göstərir ki, İran hətta Rusiyanın dəstəyi olmadan belə ağıllı diplomatiya yolu ilə Cənubi Qafqaz regionunda təhlükəsizliyi qorumağa və NATO-nun qarşısını almağa nail olub”.

Vilayəti vurğulayıb ki, Zəngəzur dəhlizi daxilində son məqsəd təkcə İranı şimal istiqamətindən kəsmək deyil, həm də cənubdan Rusiya ətrafındakı halqanı mühasirəyə alıb bağlamaq idi:

“Lakin bu layihə də uğursuzluğa düçar oldu”.

Tarix
2025.06.10 / 11:47
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla