Yuxarı

Rusiya Qarabağla bağlı yenə nə “plan” qurub?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Qarabağla bağlı yenə nə “plan” qurub?

Qarabağı hələ də “mübahisəli ərazi” kimi təqdim edən ölkə Azərbaycanın strateji tərəfdaşı olmadığı kimi, bu ölkəyə heç bir halda Xankəndidə konsulluq xidməti açmağa yaşıl işıq yandırıla bilməz.

Axar.az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu Prezident Putinin köməkçisi Medinskinin Ukraynada atəşkəsi Qarabağla uğursuz müqayisə etməsinə cavab olaraq bildirib.

“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Prezidentin köməkçisi Vladimir Medinskinin sözlərini kontekstdən çıxarmamağa və onlara "tamamilə fərqli bir məna verməməyə” çağırıb.

Biz konteksdən heç nə çıxarmırıq və faktları təhrif etmirik. Prezidentin köməkçisi “Russia Today” kanalına müsahibəsində bunu deyib: “Əgər münaqişəni cəbhə xəttində dayandırıb, əsl sülh olmadan, sadəcə atəşkəs bağlansa, - bilirsinizmi, Ermənistanla Azərbaycan arasında mübahisəli Qarabağ bölgəsi var idi, - bu region böyük bir Qarabağa çevriləcək”. Yəni Medinski demək istəyib ki, Rusiya ilə Ukrayna arasında atəşkəs olarsa, Kreml istəyinə nail ola bilməyəcək və Donbas Qarabağ kimi “mübahisəli əraziyə” çevriləcək. Bu baş verməsin deyə Kreml Ukraynada məsələni “köklü” həll etmək istəyir.

Birincisi, Azərbaycan Qarabağı işğaldan azad edib, Rusiya isə Donbası işğal edib. İkisi arasında ən böyük fərq budur.

İkincisi, keçmiş işğalçı dövlət olan Ermənistanın hakimiyyəti müharibədən sonra Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb, Ukrayna isə işğal altındakı ərazilərin Rusiyaya aid olduğunu qəbul etməyib. Bir məqamı da nəzərə almalıyıq ki, Medinskinin Qarabağla Donbas arasında apardığı uğursuz müqayisə yalnız onun beyninin məhsulu deyil, köməkçisi olduğu şəxs də onun kimi düşünür, sadəcə Azərbaycan Ordusunun qələbəsi Kreml sahibinə reallığı qəbul etməyə məcbur edib. Ancaq belə bir adamın bir gün reallığı dəyişmək istəmədiyindən əmin ola bilmərik”.

Tarix
2025.06.10 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin bu qərarını yüksək qiymətləndirirəm - Paşinyan

Onları Azərbaycan ordusu öldürməyib - Mxitaryan

İrəvan Bakıdan bunu almaq istəyir - Rusiya təşvişə düşdü

ABŞ-ın sülh planı: Zelenski istəyinə nail oldu

Bakı ilə ən uğurlu razılaşma... - Paşinyan

Şura Bakıda keçiriləcək iclasın iş planını təsdiqlədi

Bakı və İrəvan arasında sülh nümunəsi göstərir ki... - Kansler

İlham Əliyev Slovakiya səfərindən paylaşım etdi - Video

Bu, Avrasiyanın xəritəsini tamamilə dəyişəcək - Hacıyev

Prezident Robert Fitso ilə təkbətək görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla