Yuxarı

İsrail rejimi dəyişmək istəyir: Bəs, İrandan nə “düzəldəcəklər”?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail rejimi dəyişmək istəyir: Bəs, İrandan nə “düzəldəcəklər”?

Bu savaşda İsrail və Qərbin tutduğu xətt doğru deyil. Bu, təxminən min il əvvəldən başlanan xristian-islam qarşıdurmasını xatırladır.

Axar.az xəbər verir ki, bu sözləri xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı müəllifi olduğu verilişdə İran-İsrail münaqişəsi haqda danışarkən deyib.

"Amma digər tərəfdən, əgər İranın əlində nüvə silahı olsa, onu heç xristinalara qarşı deyil, bölgədəki xaqlara, biz türklərə qarşı çevirəcək. Qərb dövlətlərisə daha çox özlərini düşünürlər. İran bəlkə də bu texnologiyaya sahib ola, ondan dinc məqsədlər üçün istifadə edə bilərdi. Ancaq ilk gündən, bu yola başlayanda onun siyasətinin mərkəzində bir iddia dayanırdı: “Mən İsraili yer üzərindəın siləcəyəm”. Bu təbii ki, dünya tərəfindən qəbul oluna bilməzdi”, - xalq şairi qeyd edib.

S.Rüstəmxanlı bildirib ki, bu proseslərin Azərbaycanı hansı “sürprizlər”lə qarşılaşdıracağı barədə ciddi düşünməliyik. SSRİ-nin dağılması prosesi ilə tarixi analogiya aparan DAK həmsədri qeyd edib ki, o zaman müttəfiq respublikalar bu prosesə hazır deyildi:

“İndi də hamı düşünür ki, İranın sonu necə olacaq? İsrail dünyaya bəyan etmişdi ki, yalnız hərbi obyektləri vuracaq və İranın nüvə silahına malik olmaq cəhdi durdurulacaq. Amma baş verənlər göstərir ki, İsrailin və onun arxasında duranların məqsədi İranda siyasi rejimi dəyişməkdir. Məncə, dünya İranda bizim istədiyimiz kimi normal, demokratik bir hakimiyyətin qurulmasında maraqlı deyil. Dünya İranın sərvətinə sahiblənmək, onu yenə marionet bir dövlətə çevirmək istəyir. Biz nə etməliyik, İranda yaşayan Azərbaycan türkləri hansı addımları atmalıdırlar? İran xalqlarının taleyi necə olacaq? Bu xalqlar elə indiki kimi dilləri, tarixlərindən qoparılıb fars rejiminin təsiri altında assimilyasiyasiya siyasətinə qurban ediləcəklər?

Məncə, buna yol vermək olmaz. Buna təkcə Azərbaycan türkləri deyil, İranda yaşayan bütün xalqlar yol verməməlidir. Yenidən dini rejimə, yaxud şahın İrana qayıtmasına yol verilməməlidir”.

Tarix
2025.06.19 / 20:28
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən hərbi paradla bağlı paylaşım - Video

Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur

Azərbaycanda Dövlət Bayrağı Günüdür

İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov

Türkiyə MN Bakıdakı paraddan bu videonu yaydı

Cənab Prezident, xanımımın sizə salamı var... - Video

Azərbaycan bayrağı Nyu York səmasında!

Abdulla Qurbani hərbi parada niyə aparıcılıq etməyib?

Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?

Xankəndidə atəşfəşanlıq oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla