Yuxarı

İrəvanın azərbaycanlıların qayıdışı ilə bağlı bu bəyanatı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanın azərbaycanlıların qayıdışı ilə bağlı bu bəyanatı...

Qərbi Azərbaycan İcması (QAİ) İslam Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının Qərbi Azərbaycan məsələsi ilə bağlı 21-22 iyun 2025-ci ildə İstanbulda qəbul etdiyi qərarlara münasibətdə Ermənistan Xarici İşlər Nazirliyinin 23 iyun 2025-ci il tarixində verdiyi bəyanatını sərt şəkildə qınayır.

Axar.az xəbər verir ki, bu barədə İcmanın bəyanatında bildirilib.

Qeyd edilib ki, Ermənistan Xarici İşlər Nazirliyi sözügedən bəyanatında Qərbi azərbaycanlıların Ermənistandan guya könüllü köçdüklərini, Ermənistan tərəfindən onlara kompensasiya ödəndiyini və bu ölkədəki Azərbaycan mədəni irsinin qorunduğunu iddia edir.

"Ermənistandan zorla çıxarılmış azərbaycanlıları özündə birləşdirən Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin bu bəyanatının başdan-başa yalan olduğunu bildirir.

Azərbaycanlıların Ermənistandan bu ölkənin hakimiyyət orqanlarının birbaşa iştirakı ilə, zor tətbiq etməklə çıxarılması hamıya məlum olan faktdır. Sonuncu deportasiya dalğasında azərbaycanlıların əksər hissəsinin – 300 minə yaxın insanın 1988-ci ilin noyabr ayının sonu – dekabr ayının əvvəlində cəmi bir həftə ərzində öz evlərini tərk edib Azərbaycana qaçmağa məcbur qalmaları, bu proses zamanı 216 nəfər azərbaycanlının qətlə yetirilməsi bu köçün zorakı deportasiya olmasını sübut edir. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın azərbaycanlıların Ermənistandan qovulmasını “tarixi uğur” kimi təqdim etməsi, sözügedən faciənin Ermənistanın dövlət siyasəti olduğunu göstərir.

Qayıdış hüququndan imtina müqabilində “kompensasiya” ödənilməsi barədə iddiaya gəlincə, qeyd edək ki, ilk dəfə Ermənistanın Baş naziri səviyyəsində 2023-cü ilin avqust ayında irəli sürülmüş bu yalanla bağlı Ermənistan tərəfi hələ də bir sübut ortaya qoymamışdır.

Ermənistan ərazisindəki müsəlman irsi ilə bağlı qeyd edək ki, bu ölkə ərazisində dövlət qeydiyyatına alınmış 269 məsciddən 268-i, 600-dən çox məzarlıq isə yer üzündən silinmişdir.

Ermənistan hökumətinin yalana söykənərək qayıdış hüququmuzu inkar etməsi, dialoqdan yayınması bu ölkənin sülh və barışıq niyyətində olmadığını göstərir. Ermənistanın hazırkı hökuməti Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar etməklə əvvəlki hökumətlərin siyasətlərini davam etdirir.

Qərbi Azərbaycan İcması bir daha bəyan edir ki, haqq-ədalətin öz yerini tutması, öz ata-baba yurdlarından zorla çıxarılmış Qərbi azərbaycanlıların öz evlərinə qayıtması, dağıdılmış mədəni irsin bərpası və insanlıq əleyhinə cinayət törədənlərin məsuliyyətə cəlb olunması üçün səylərini davam etdirəcək. Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistan hökumətinə destruktiv siyasətindən əl çəkməsi üçün təzyiq göstərməyə, bütün dövlətləri, beynəlxalq təşkilatları Ermənistan Xarici İşlər Nazirliyinin 23 iyun 2025-ci il tarixində verdiyi sözügedən bəyanatı bu dövlətin irqi ayrı-seçkilik siyasətini sübut edən dəlil kimi pisləməyə çağırır", - QAİ-nin bəyanatında bildirilir.

Tarix
2025.06.23 / 20:31
Müəllif
Axar.az
Digər xəbərlər

Faiq Əliyev barəsində çıxarılan hökm ləğv edildi

Leyla Əliyeva Mərkəzi Nəbatat Bağında - Foto

Karapetyan İsmayılovun restoranında 2 milyon xərclədi

Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident

Vaxtilə stadionda "Qarabağ Ermənistandır" deyənlər... - Əliyev

Sandu İlham Əliyevi təbrik etdi

İlham Əliyev Qırğızıstana səfər edəcək

Zakir Həsənov Liviyaya başsağlığı verdi

Təyyarə qəzası buna cavab ola bilər - Engin Özər

Onlar bu qərarların icrası üçün bir addım belə atmayıblar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla