Yuxarı

Zahid Oruca irad tutulacaq - Abıyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zahid Oruca irad tutulacaq - Abıyev

Milli Məclisdə fikir ayrılıqları, mübahisələr ola bilər. Ancaq Milli Məclis üzvünün sədrlə söz güləşdirməsi qəbuledilməzdir.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev deyib. A.Abıyev bildirib ki, Milli Məclis sədrini Milli Məclisin üzvləri seçib:

"Spikerin vəzifəsi Milli Məclisin iclaslarını idarə etməkdir. Milli Məclis sədri deputatın mövqeyini müdafiə edə, etməyə, irad bildirə bilər. Oqtay Əsədov həm də Zahid Orucdan yaşlıdır. Zahid Oruc kimi cavan deputat bu amilləri nəzərə alaraq, Oqtay Əsədovla söz güləşdirməməli, elə reaksiya verməməli idi".

A.Abıyev bu həftə ərzində İntizam Komissiyasının iclasının keçiriləcəyini nəzərə çatdırıb:

"Zahid Oruc iclasa dəvət olunacaq və Milli Məclisdə sədrə qarış belə davranışının yolverilməz olduğu onun nəzərinə çatdırılacaq".

Qeyd edək ki, MM-in bugunkü iclasında spikerlə deputat arasında mübahisə yaranıb. O.Əsədov Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı mövzuya uyğun danışmamasını Z.Oruca irad tutub, deputat isə yerindən danışaraq ona cavab qaytarıb.

Tarix
2016.06.24 / 13:16
Müəllif
Axar.az
Digər xəbərlər

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

Bakıda qadınlarla bağlı maraqlı təkliflər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla