Yuxarı

Zakir Qaralov Lerikdə sakinlərlə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Qaralov Lerikdə sakinlərlə görüşdü - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, baş prokuror Zakir Qaralov iyunun 24-də Lerik Rayon Prokurorluğunun inzibati binasında Lerik, Masallı, Lənkəran, Astara və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Zakir Qaralov və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Z.Qaralov bölgədə yaşayan 26 vətəndaşın müraciətində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Sonra həmin rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilib. Müşavirədə bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib. Həmçinin vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.

Tarix
2016.06.24 / 19:53
Müəllif
Axar.az
Digər xəbərlər

TDT-nin ilk peyki bu tarixdə buraxılacaq

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

İranın “düşmən” siyahısındakı “AzTV” deyil? - Müəmma

Biz alternativlər yaradırıq, Moskvada isə deyirlər ki...

Azərbaycanlılar sərhəddə buna məcbur edilir

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

İsrail Suriyaya zərbə endirdi

Bütün region bunun bədəlini ödəyir - Ərdoğan

Rusiyanın Azərbaycanla bağlı planı alınmadı - Ekspert

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla