Yuxarı

Gəncədə gənclərin əməkdaşlığı forumu başladı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə gənclərin əməkdaşlığı forumu başladı - Foto

İRƏLİ İctimai Birliyi, "Regional İnkişaf İctimai Birliyi" tərəfindən və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə 2016-cı il Avropanın Paytaxtı Gəncədə "Region Gənclərinin Əməkdaşlığı Forumu" layihəsinə start verilib.​

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən Forumda Azərbaycanın 15 regionundan 100–ə yaxın gənclər iştirak ediblər.

İRƏLİ İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, Azərbaycan Respublikasında gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu və bunun kimi layihələr Azərbaycan gəncliyinin ictimai-siyasi, birgə inkişaf fəaliyyəti üçün olduqca əhəmiyyətlidir.

Layihənin əsas məqsədi, "Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı" layihəsinə dəstək olmaq, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində istifadəyə verilən "Gənclər Ev"ləri və "Gənclər Mərkəz"ləri yerləşən regionlarda, bölgələrdə gənclərin şəxsi inkişafına təkan vermək üçün birgə fəaliyyətlərini stimullaşdırmaqdan ibarətdir.

Layihənin birinci günündə Vüsal Quliyev, Elnur Rzayev və Fərhad Hacıyevin iştirakı ilə Azərbaycan Dövlət Gənclər Siyasəti mövzusu müzakirə edilib.

Layihənin birinci hissəsində "İctimai vəkillik" və "Beynəlxalq arenada iştirakçılıq" mövzularında müzakirələr keçirilməsi nəzərdə tutulub.

Layihə benefisiarlarının 2016-ci il Avropa Gənclər Paytaxtı seçilmiş Gəncədə xüsusi tədbirlər planı ilə iştirakı planlaşdırılıb.

Tarix
2016.06.24 / 20:37
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: İlham Əliyev iştirak edir - Canlı

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq

Ağdərənin Baş planı ilə tanışlıq - Video

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla