Yuxarı

Ramil Usubovdan yeni təyinat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramil Usubovdan yeni təyinat

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

APA-nın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Qəbələ Rayon Polis Şöbəsinin rəis müavini Etibar Babayev tutduğu vəzifədən azad edilərək Qobustan Rayon Polis Şöbəsinin rəisi təyin edilib. Qobustan Rayon Polis Şöbəsinin rəisi olmuş Eminağa Zeynalov təxminən bir ay əvvəl işdən çıxarılıb.

Qeyd edək ki, son günlər daxili işlər orqanlarında başqa təyinatlar da həyata keçirilib. R. Usubovun imzaladığı müvafiq əmrlərlə Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini Valik Vəlimətov tutduğu vəzifədən azad edilərək Siyəzən Rayon Polis Şöbəsinin rəisi, Siyəzən Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov isə tutduğu vəzifədən azad edilərək Göyçay Rayon Polis Şöbəsinin rəisi, Göyçay Rayon Polis Şöbəsinin rəisi İslam Hümbətov isə Lənkəran Rayon Polis Şöbəsinin rəisi, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin rəisi Vüsal Qaraşov tutduğu vəzifədən azad edilərək Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin rəisi təyin ediliblər. 29-cu Polis Bölməsinin rəisi Faiq Hüseynov isə sərəncama götürülüb.

Tarix
2016.06.25 / 20:11
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan elan etdi: ABŞ bunun üçün fond yaradır

Azərbaycan-Vatikan münasibətləri qarşılıqlı etimada əsaslanır...

Prezident ona "Dostluq" ordenini təqdim etdi - Foto

Prezident onları qəbul etdi - Foto

Prezident onlara müraciət ünvanladı

Onların etdiklərini heç vaxt yaddan çıxarmayacağıq

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bizi sanksiya ilə hədələyirdilər - İlham Əliyev

Azərbaycanda işsizlik aşağı həddə saxlanılır

Azərbaycanda iqtisadi inkişafla bağlı çətinlik gözlənilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla