Yuxarı

Əliyevlə danışdım: Suriya ilə bağlı buna hazırdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevlə danışdım: Suriya ilə bağlı buna hazırdır

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.

Axar.az xəbər veri ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu barədə ona Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“Qardaşım İlham Əliyevlə keçirdiyim görüşdə o da Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi. İlham Əliyevin belə bir yanaşma ortaya qoyması çox vacibdir. Çünki Suriyanın hazırda ən mühüm problemi təbii qazdır. Təbii qaz gələcək ki, enerji olsun. Enerji ilə bağlı problem var. Biz də müəyyən nöqtəyə qədər enerji ilə kömək etməyə çalışırıq. Amma bu gün İlham bəydən bu xoş xəbəri alanda, həqiqətən, özümü çox hüzurlu hiss etdim. Mən qayıdan kimi o şad xəbəri energetika nazirimə verəcəm. O da bu barədə Şara (Suriya lideri - red.) bəyə də məlumat verəcək. Allah qoysa, atdığımız addımları Azərbaycanın verəcək dəstəyi ilə birləşdirib, bu addımı birlikdə atmaq istəyirik. Artıq sanksiyaların aradan qaldırılması üçün addımlar atılıb. Biz bunu gücləndirməklə davam etdirmək niyyətindəyik”, - deyə Ərdoğan vurğulayıb.

Tarix
2025.07.05 / 14:51
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Netanyahu uduzdu, demokratiya belə işləyir - Qolan

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla