Yuxarı

"Bu sahədə 1000-dən çox standart qəbul olunur"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bu sahədə 1000-dən çox standart qəbul olunur"

Standartlaşma sahəsində il ərzində 1000-dən çox standart qəbul olunur. Bu gün də dövlətlər arasında bu standartların qəbulu gözlənilir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının sədri Ramiz Həsənov KİV-lərə müsahibəsində deyib.

O bildirib ki, MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası 1992-ci ildə yaranıb və gələn il artıq 25 illiyi qeyd olunacaq. Dövlətlərarası Şuranın rəhbərləri ildə iki dəfə toplaşaraq vacib sahələr üzrə müzakirələr aparır, mühüm qərarlar qəbul edirlər. Şuraya hazırda Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi rəhbərlik edir. İndi Bakıda keçirilən Dövlətlərarası Şuranın üzv dövlətlərinin 49-cu iclasında akkreditasiya, metrologiya sahəsində məsələlər müzakirə olunur. Bundan əvvəl isə bu müzakirələr texniki komitələrdə aparılır, sonra isə rəhbərlər səviyyəsində qərarlar verilirdi.

Sədr qeyd edib ki, akkreditasiya sahəsində Azərbaycan tərəfinin qarşısında duran başlıca vəzifə komitənin akkreditasiya etdiyi orqanlar və laboratoriyaların apardığı testlərin, sınaqların nəticələrinin, həmçinin metrologiya sahəsində etalon baza və laboratoriyaların dövlətlər arasında tanınmasıdır.

Tarix
2016.06.27 / 23:28
Müəllif
Axar.az
Digər xəbərlər

TDT-nin ilk peyki bu tarixdə buraxılacaq

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

İranın “düşmən” siyahısındakı “AzTV” deyil? - Müəmma

Biz alternativlər yaradırıq, Moskvada isə deyirlər ki...

Azərbaycanlılar sərhəddə buna məcbur edilir

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

İsrail Suriyaya zərbə endirdi

Bütün region bunun bədəlini ödəyir - Ərdoğan

Rusiyanın Azərbaycanla bağlı planı alınmadı - Ekspert

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla