Yuxarı

İlham Əliyev sərəncam imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şirvan şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam imzalayıb .

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Şirvan şəhərində əsaslı infrastruktur layihələri yerinə yetirilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmış, o cümlədən çoxmənzilli binaların sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılması sahəsində müəyyən işlər görülmüşdür.

Bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, şəhərin mənzil fonduna daxil olan 21 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və 7 çoxmənzilli binanın lift təsərrüfatının yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şirvan şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin aparılması məqsədi ilə Şirvan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,2 milyon (bir milyon iki yüz min) manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 400,0 (dörd yüz) min manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 800,0 (səkkiz yüz) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".

Tarix
2016.06.28 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla