Yuxarı

Ermənistan özü bu faktı etiraf edir - XİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyündən kənar hər hansı statusu müzakirə mövzusu deyil.

Trend-in sualını cavablandıran XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri E.Nalbəndyanın Dağlıq Qarabağın statusu müzakirə mövzusu olmaması barədə bəyanatına münasibətdə deyib.

"Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi beynəlxalq ictimaiyyət tərəfindən tanınır və dəstəklənir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində bir daha ölkəmizin ərazi bütövlüyü, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması və güc tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyi təsbit olunur. Odur ki, Azərbaycanın ərazisinin və suverenliyinin ayrılmaz hissəsi olan Dağlıq Qarabağın ölkəmizin ərazi bütövlüyündən kənar hər hansı statusu müzakirə mövzusu deyil. Dolayısı olsa da, Ermənistan xarici işlər naziri özü də bu faktı etiraf edir", - deyə Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, münaqişənin həllinə nail olmaq üçün TŞ-nın məlum qətnamələrində tələb olunduğu kimi Ermənistan qoşunları bütün işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalıdır.

Tarix
2016.06.30 / 00:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla