Yuxarı

İstanbul terroru öncədən hazırlanıb – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbul terroru öncədən hazırlanıb – Ekspert

İl ərzində sayca 4-cü olan bu terror aktı bir daha sübut etdi ki, Türkiyədə təhlükəsizlik sistemi ilə əlaqədar böyük qüsurlar var. Hesab edirəm ki, bu olaydan sonra Türkiyə çox ciddi tədbirlər görəcək.

Bunu Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert 2015-ci ildən bu yana Türkiyədə baş verən terror hadisələrində çox acınacaqlı bir dinamikanın müşahidə olunduğunu deyib:

"2016-cı ilin I yarısında artıq dörd terror aktı baş verib. Bu, o deməkdir ki, Türkiyə terror müharibəsinin qurbanıdır. Türkiyədə Suriya və İraqda olduğu kimi açıq müharibə olmasa da, döyüşlər gizli cəbhələrdə gedir. Son terrorda kölgədə qalan oyunçuların maraqlı tərəflər kimi çıxış etmələri istisna deyil. Xüsusilə də İsrail-Türkiyə, Rusiya-Türkiyə münasibətlərinin tənzimlənməsini istəməyən qüvvələr hazırda Türkiyədə daxili siyasi vəziyyəti pozmaq, ölkəni xof içərisində saxlamaq istəyirlər. İstanbulun seçilməsində əsas hədəf məhz Türkiyəyə turist axınının qarşısını almaq, ölkənin əsas təməllərindən birinə zərbə vurmaqdır. Hesab edirəm ki, İstanbul terrorunun planı öncədən hazırlanıb. Çünki təhlükəsizlik sisteminin bu qədər tez bir zamanda yarılması mümkün deyil. Bu işin arxasında çox ciddi, hazırlıqlı, strukturlaşmış qurumlar dayanır. Hadisəni törədənlər isə xüsusi təlim keçmiş terrorçulardır".

Qeyd edək ki, Atatürk Hava Limanında baş verən terror nəticəsində 41 nəfər ölüb, 150-yə yaxın insan yaralanıb.

Tarix
2016.06.30 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycanla dialoq halında Ermənistanla... - Ərdoğan

Hazırkı amnistiya 7-ci və ən böyüyüdür

Arakçının Bakı səfərindən sonra İranın Zəngəzur açıqlaması...

Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır

Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi

Azərbaycanlı senator axtarışa verildi

Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır

Milli Məclis bu memorandumu ratifikasiya etdi

İlham Əliyev Bəhreynin Kralını təbrik etdi

Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla