Yuxarı

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sürüb. Amma hüquq-mühafizə orqanlarından heç bir reaksiya olmadı. İyulun 4-də Rusiya Baş prokuroru İqor Krasnova müraciətimdə ondan hadisənin araşdırılmasını şəxsi nəzarətinə götürməsini xahiş etmişəm. İndi isə kiçik Şıxlinskiyə qarşı cinayət işi açılıb.

Axar.az xəbər verir ki, bunu Ədalətli Rusiya Partiyasının sədri Sergey Mironov deyib.

“Hesab edək ki, hələlik qanun və ədalət zəfər çalıb, baxmayaraq ki, hələ qarşıda istintaq və məhkəmə var - hadisələrin inkişafını izləyirik. Müraciətimin əsas mövzusu üzrə də nəticələri gözləyirik – bu, Azərbaycan diasporları və onların bütün ölkə üzrə bizneslərinin, o cümlədən ən iri kapital bazarları “Sadovod” və “Food City”nin yoxlanmasıdır. Biz etnik mütəşəkkil cinayətkar qrupların Moskva, Voronej və digər şəhərlərin bazarlarında törətdikləri xaosu görürük. Böyük gəlirlər məmurlara rüşvət vermək və cinayətkar fəaliyyətləri maliyyələşdirmək üçün istifadə olunur. Yeri gəlmişkən, indiyə qədər qurtula bilən Şıxlinskinin biznesini yoxlamaq lazımdır. Yoxlamanın nəticələrini gözləyirəm, bu barədə sizə mütləq məlumat verəcəyəm, dostlar”, - o bildirib.

Tarix
2025.07.17 / 21:41
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İş üçün Rusiyaya gedənlərin nəzərinə: Qaydalar dəyişir

Zelenski Ankarada Azərbaycana təşəkkür etdi

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla