Yuxarı

Suriya və İsrail Bakıda danışıqlar aparıb - Hacıyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriya və İsrail Bakıda danışıqlar aparıb - Hacıyev

Azərbaycan tərəflərin maraqlı olduğu təqdirdə Bakıda Rusiya-Ukrayna danışıqlarının keçirilməsi üçün bütün lazımi şəraiti təmin etməyə hazırdır.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" nəşrinə müsahibəsində bildirib.

O vurğulayıb ki, Bakı özünü regionun diplomatik paytaxtlarından biri kimi təsdiqləyib və mühüm beynəlxalq danışıqlara ev sahibliyi edir.

"Əgər dostlarımız və tərəfdaşlarımız (Rusiya və Ukrayna - red.) Bakıda görüşmək istəsələr, biz onları qəbul etməyə çox şad olarıq. Bakı artıq bütün Xəzər regionunun diplomatik paytaxtıdır. Burada Türkiyə və İsrail arasında danışıqlar aparılıb. Suriya və İsrail də Bakıda danışıqlar aparıb. Daha əvvəllər burada Rusiya və ABŞ arasında raket əleyhinə müdafiə sistemləri ilə bağlı strateji danışıqlar, həmçinin Rusiya-NATO danışıqları keçirilib. Son vaxtlar Bakıda bir çox digər diplomatik tədbirlər keçirilib. Biz hamını qəbul etməyə şadıq, lakin heç kimi məcbur edə bilmərik. Onlar özləri bizə müraciət etməlidirlər", - H.Hacıyev qeyd edib.

Tarix
2025.07.26 / 14:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

Prezident Kestutis Budrisi qəbul etdi

Zorludan təklif: Naxçıvanda keçirək!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla