Yuxarı

Kəmaləddin Heydərov Qəbələdəki yarışda - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Heydərov Qəbələdəki yarışda - Foto

2 iyul 2016-cı il tarixində Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNİCEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilmiş "Gənc xilasedici" IV Beynəlxalq yarışına və "Gənc xilasedici və yanğınsöndürən" V Ümumrespublika birinciliyinə yekun vurulub.

Axar.az FHN mətbuat xidmətinə istinadla xəbər verir ki, yekun tədbirlərində Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Təhsil nazirinin müavini Firidun Qurbanov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.

Əvvəlcə, gənc xilasedicilərin nümunəvi təlim çıxışları nümayiş etdirilib.

Sonra nazir Kəmaləddin Heydərovun rəhbərliyi və komanda kapitanlarının iştirakı ilə Qəbələ Mədəniyyət Sarayında "dəyirmi masa" keçirilib. Keçirilən yarışların gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə qazanmalarına geniş imkanlar açacağını diqqətə çatdıran nazir belə tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Fövqəladə hallar naziri "dəyirmi masa" iştirakçılarının suallarını da cabablandırıb.

Yarış iştirakçısı olan gənc əcnəbi xilasedicilər belə yüksək səviyyəli yarışlarda iştirakdan məmnunluq ifadə ediblər, tədbirin təşkilatçısı olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilib, bədii hissə təqdim olunub.

Qeyd edək ki, komandalar yarışlarda "Maneələr zolağı", "Kombinə edilmiş yanğın estafeti", "Axtarış-xilasetmə işi", "Komandaların təqdimatı" və "Divar qəzeti" mərhələlərində güclərini sınayıblar. Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Gürcüstan, üçüncü yeri isə Rusiya komandaları tutub. Ümumrespublika birinciliyində isə birinci yerə Bakı şəhəri, Nizami rayonunun 220 nömrəli tam orta məktəbi, ikinci yerə Yardımlı, üçüncü yerə İsmayıllı rayonunun komandaları layiq görülüblər.

Tədbirin sonunda qalib komandalara mükafatlar, qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Tarix
2016.07.02 / 15:35
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla