Yuxarı

Əmisi tərəfindən baltalanan azyaşlı xəstəxanada öldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmisi tərəfindən baltalanan azyaşlı xəstəxanada öldü

19:37

Cəlilabad rayonunun Üçtəpə kəndində ağır cinayət hadisəsi qeydə alınıb. Kənd sakini şəxsi münasibətlər zəminində 12 və 14 yaşlı qardaşı qızı və oğluna hücum edib. İlkin məlumata görə, azyaşlılara balta ilə müxtəlif bədən xəsarətləri yetirilib.

Axar.az xəbər verir ki, yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, cinayət əməlində şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi üzrə istintaq davam etdirilir. Araşdırmalar aparılır.

***

Əmisi tərəfindən baltalanan iki azyaşlıdan biri, 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyeva xəstəxanada vəfat edib.

Bildirilib ki, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Digər azyaşlının müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2026.02.01 / 21:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla