Yuxarı

Göyçay polisi bu oğruları axtarır

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda baş verən oğurluq hadisəsinin üstü isti izlərlə açılıb.

APA-nın xəbərinə görə, hadisə ötən gecə rayonun Ləkçiplaq kəndində baş verib.

Kənd sakinləri Abdullayev Vüsal Front oğlu və Abdullayev Yaqub Tahir oğlu əlbir olaraq ötən gecə əmisi oğlu və yaxın qonşusu olan Abdullayev Sənan Süleyman oğluna məxsus tövləyə gizli yolla daxil olaraq oradan 3 baş iribuynuzlu heyvanı oğurlayıblar. Onlar oğurladıqları heyvanları bu gün səhər saatlarında “Qazel" markalı yük avtomobili ilə Ağdaş rayonunun Aral-2 kəndinə apararaq qəssablıq fəaliyyəti ilə məşğul olan Samir Sadıqova 1550 manata satıblar.

Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlanan mal-qaranın yeri isti izlərlə müəyyən edilib. Mal-qara qəssab S.Sadıqovun həyətində diri şəkildə aşkar edilib. S.Sadıqov öz izahatında bildirib ki, oğrular inəkləri öz heyvanları kimi ona təqdim ediblər və guya kredit borcları olduğuna görə satdıqlarını deyiblər. Heyvanları oğurlayaraq satan şəxslər qaçıb gizləniblər. Hazırda onların tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix
2017.01.10 / 20:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla