Yuxarı

Gəncədə taksi sürücüsünü bıçaqladılar və…

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

02:04

Gəncədə taksi sürücüsü bıçaqlanaraq avtomobili əlindən alınıb.

DİN-dən Axar.az-a verilən məlumata görə, yanvarın 17-də saat 18 radələrində Gəncə şəhərində naməlum şəxs şəhər sakini Namiq Babayevin idarə etdiyi VAZ-2107 markalı avtomobilə sərnişin qismində oturub Şəmkir rayonunun Seyfəli kəndinə gedəcəyini bildirib.

Seyfəli kəndi ərazisində həmin şəxs N.Babayevə bıçaqla xəsarət yetirib 2 manat pulunu, mobil telefonunu alaraq və onu avtomobildən düşürərək hadisə yerini tərk edib.

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Seyfəli kəndi ərazisində saxlanılıb. Onu idarə edənin Kamal Kərimov olması müəyyən edilib.

K.Kərimov izahatında avtomobili həmkəndlisi Eşqin Murtuzovdan 500 manata aldığını bildirib. Faktla əlaqədar cinayət işi başlanılıb. RPŞ tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri aparılır.

Tarix
2017.01.18 / 12:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla