Yuxarı

İranlıdan götürülən 29 min zəli göllərə buraxıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zoologiya İnstitutunun Mingəçevirdəki süni göllərinə 29 min zəli buraxılıb.

Axar.az xəbər verir ki, ötən ay Astara Gömrük İdarəsində qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasına aparılarkən gömrük əməkdaşları tərəfindən aşkarlanan minlərlə zəli suya buraxılıb. Canlı orqanizm sayılan bu zəlilər İran vətəndaşı Zahidi Qulamrza Əbülfəz tərəfindən qaçaq yolla ölkədən çıxarılarkən saxlanılıb.

Aparılan araşdırmalar zamanı zəlilərin müvafiq qurumlardan heç bir icazə olmadan Masallı rayonunun ərazisindəki müxtəlif göllərdən toplanıldığı və satışının təşkili üçün başqa ölkəyə aparıldığı məlum olub. İran vətəndaşından aşkarlanan zəlilərin bioloji mühafizəsinin təmin edilməsi üçün onlar Azərbaycan Milli Elmlər Akademiyasının və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən birgə olaraq fevralın 14-də Zoologiya İnstitutunun balansında olan Mingəçevir şəhərindəki süni göllərə buraxılıb. Zəlilərin bir müddət burada qaldıqdan sonra yenidən təbiətə buraxılacağı bildirilir.

Tarix
2017.02.14 / 19:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla