Yuxarı

Gəncin oğurluq cəhdi anbaan kameraya düşdü - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları qorunan obyektdən oğurluq etmək istəyən şəxsi yaxalayıblar.

ARB TV xəbər verir ki, idarəyə mühafizə olunan supermarketə kənar şəxsin girməsi ilə əlaqədar həyəcan siqnalı daxil olub.

Cavan adam dükana yaxınlaşır, avtomatik bağlanan qapının mexanizmini sıradan çıxararaq içəri girir. Kassalara yaxınlaşanda dükanın digər hissəsindən ona tərəf gələn adamı görür. Dərhal əlini cibinə salaraq guya siqaret almaq istədiyini bildirir. Marketin əməkdaşı işləmədiklərini bildirərək cavan oğlandan çölə çıxmasını xahiş edir. Dükandan çıxan gənc onu yolun kənarında gözləyən dostunun yanına gedir. Dostu ona taksiyə əyləşib evinə getməyi təklif edəndə aralarında dava düşür.

Polis əməkdaşları gənci saxlayıblar.

Müqavimət göstərməsinə rəğmən, aidiyyəti üzrə 7-ci polis bölməsinə təhvil verilib. Bölmədə həmin şəxsin Ucar rayon sakini 24 yaşlı Ülfət Abdullayev olduğu müəyyənləşdirilib.

Tarix
2017.04.27 / 00:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla