Yuxarı

Tələbələr ali məktəbdə saz götürüb, bəytərifi dedilər - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Xəzər Universitetinin “Mərmər zalı”nda “Dialekt festivalı” adlı açıq dərs olub.

Kult.az xəbər verir ki, filologiya elmləri üzrə fəlsəfə doktoru İlahə Qurbanovanın öz tələbələri ilə birlikdə təşkil etdiyi “Dialekt festivalı”da Şərq, Şimal, Qərb və Cənub dialekt qruplarının və keçid şivələrinin dialektoloji xüsusiyyətləri, qrammatikası haqda mühazirələr verilib, mətbəxindən yemək nümunələri göstərilib.

Şərq dialekt qrupu Bakının toydan bir gün əvvəl olan “Ciyəraxşamı”nı, Şamaxı toylarından isə “Bəytərifi”ni canlandıraraq toy adətlərindən bir səhnəni qonaqlara göstəriblər.

Cənub dilaketi nümayəndələri Naxçıvan toylarından əvvəl qız məclisi olan “Haxışta”nı səhnələşdiriblər.

Tələbələrin çıxışı bitdikdən sonra Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı tədbir haqda fikirlərini bildirərkən “Dialekt festivalı”nın ustalıqla təşkil edildiyini, gözəl bir addım olduğunu deyib. Eyni zamanda “Dialekt festivalı”nı bu günə qədər təşkil edilən açıq dərslərin çempionu kimi dəyərləndirib.

Bundan başqa tələbələrin dialektologiyanı yaxşı mənimsədiyini görən Hamlet İsaxanlı onların Təbrizə ekspedisiyasını təşkil edərək Cənub dialektinin daha dərin öyrənilməsinə şərait yarada biləcəyini qeyd edib.

Tarix
2017.05.19 / 00:53
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla