Yuxarı

Xalq şairi: “Üstümüzə gələn şər qüvvələr...”

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən qəzetlərdəki, elektron mediadakı yazılarla, telefon zəngləri və mesajlarla, uzaqdan-yaxından, mənim ad günümü təbrik edən insanlara - qələm dostlarıma, tanışlarıma, oxucularıma, böyüklü-kiçikli bütün doğmalarıma təşəkkür edir, sonsuz sevgi və sayğılarımı çatdırıram. Hamısı zəhmətinin hədər getmədiyini göstərən və insana təskinlik verən sözlər, təbriklərdir. Əvvəlllər də yazmışam: Mənim ailəm yalnız qanla, soyadla bağlı olanlar deyil, Bütün Azərbaycandır... Belə günlərdə bu böyük mənəvi ailəmin hətta Azərbaycanın sərhədlərindən də geniş olduğunu görür və bu ruh birliyinə sevinirəm.

Kult.az xəbər verir ki, bu sözləri xalq şairi Sabir Rüstəmxanlı ad günü ilə bağlı sosial şəbəkədə paylaşıb. O bildirib ki, həmişə ad günlərinin səssizcə ötüb keçməsini istəyib, yaxud da mayın 20-də qaçıb təklənməyə çalışıb:

“Hər 5 ildən bir yaradıcılıq gecələri keçirib hesabat vermək ad günlərini əvəz edir. Həm də hər il yaşımızın xatırlanması adamı əzir, inanmaq olmur: necə keçdi bu illər?!

Nə isə. Bu il də istəyimcə oldu. Almaniyadayam. Dünən, mayın 20-də Kölndə Avropadakı Güney Azərbaycan siyasi təşkilatlarının çox mühüm bir toplantısını keçirdik. Güneyli-quzeyli soydaşlarımızın, gənclərimizin iştirakı ilə. Axşamadək davam edən müzakirələrdən razı qaldım. Milli taleyimiz baxımından önəmli hesab etdiyim bu hərəkat ötən ilin dekabrından, İsveçdən-Yöteburq şəhərindəki ilk yığıncağımızdan başlanıb, davam edir və inanıram ki, sonucu da uğurlu olacaq... Niyyətimiz mühacirətdəki Güney hərəkatini vahid bir cəbhədə, ittifaqda birləşdirməkdir... Türk düşmənçiliyinin həm Azərbaycanda, həm Türkiyədə, həm də bölgədə cəbhələr açdığı, böyüyən faciələrimizi görə-görə pərakəndə, dağınıq fəaliyyət nəticə verməz. Geniş milli dirəniş olmasa, qurtuluş hərəkatı bütövləşməsə, üstümüzə gələn şər qüvvələrə cavab verə biləcək bir gücə çevrilməsək gələcəyimiz zülmətə bürünər. Bunu görməli, etiraf etməli və milli mübarizəmizi buna uyğunlaşdırmalıyıq... Yoxsa millətə adını da, ad günləri keçirməyi də unutdurarlar.

Allah Vətənimizi, Millətimizi və bizi sevənləri qorusun!”

Tarix
2017.05.21 / 12:24
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla