Yuxarı

Teatrda qanlı hadisə- Aktrisanın başını yardılar

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir Dövlət Dram Teatrının aktyorları arasında əlbəyaxa dava olub.

Teatrın aktyorlarından olan Asim Məmmədov və İlqar Rəhimov mübahisə zamanı bir-birinə külqabı atıb. Nəticədə külqabı teatrın qocaman aktrisası, Əməkdar artist Ella Yaqubovanın başına dəyib. Aktrisa aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib.

Teatrın direktoru Səxavət Məmmədov Aznews.az-a açıqlamasında baş verən hadisəni təsdiqləyib:

“Asim Məmmədovla İlqar Rəhimovun arasında mübahisə düşüb. Onların ikisi də teatrın daxili nizam-intizam qaydalarını pozub. Mən də rəhbər olaraq bununla bağlı tədbir gördüm. Hər ikisi cəzalanıb və töhmət verilib.”

Səxavət Məmmədov Əməkdar artist Ella Yaqubovanın səhhəti ilə bağlı məsələyə də aydınlıq gətirib: “Ella xanımın 70 yaşı var, insanların gözü önündə ayağı sürüşüb və yıxılıb. Bir balaca başından zədə alıb. Təcili Yardım çağırdıq, tibbi yardım göstərdilər. Əgər doğrudan da Ella xanımın başına külqabı dəysəydi, işə polis qarışardı.”

Mediafax.az-ın məlumatına görə, Mingəçevir Dövlət Dram Teatrında aktyorlar arasında əlbəyaxa dava düşüb. Nəticədə Əməkdar artist Ella Yaqubova başından ağır xəsarət alıb.

Tarix
2017.05.24 / 13:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla