Yuxarı

Kamal Abdulla: Onlar əllərindən gələni edəcəklər ki...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 29-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Prezident İlham Əliyevin tövsiyəsi, BBMM, UNESCO, “Erasmus+”, “ALADDİN layihəsi” və Azərbaycanın Gənc Dostları Klubunun (AGDK) birgə təşkilatçılığı ilə keçirilən “Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində - Azərbaycanda dinlərarası harmoniya” adlı V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları ilə görüşüb.

Kult.az xəbər verir ki, tədbirdə K.Abdullayev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından yay məktəbinin əhəmiyyətindən danışıb. Bildirilib ki, beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 15, Azərbaycanın 38 nüfuzlu ali təhsil ocağında tələbələr üçün qış və yay məktəbləri təşkil olunub. Əsas məqsəd həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmalarına şərait yaratmaqdır.

“Azərbaycanın Gənc Dostları Klubunun üzvləri ilə daim əlaqədə olaraq onların üzləşdikləri problemlərin aradan qaldırılmasında yaxından iştirak edəcəyik. Həmçinin klubun üzvləri Azərbaycanda müxtəlif mövzularda təşkil ediləcək konfranslara, “dəyirmi masa”lara və digər tədbirlərə dəvət olunacaqlar. Klubun üzvləri Azərbaycanı özlərinə dost bildikləri kimi, Azərbaycan da sizi özünə dost bilir”, - deyə Kamal Abdullayev qeyd edib.

Vurğulanıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ötən ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi və həmin ilin fonunda görülən bütün işlər Azərbaycan multikulturalizminin dünyada təbliği və təşviqi istiqamətində bir-birini tamamlayan, sistemli hərəkata çevrilən siyasi iradənin tərkib hissəsidir. Azərbaycanın son dərəcə tolerant, multikultural dəyərlərlə yaşayan bir ölkə olduğunu deyən akademik diqqətə çatdırıb ki, bu ənənənin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev isə Azərbaycan multikulturalizminin perspektivlərini göstərdi, bugünkü vəziyyətini bir daha təsbit etdi. Azərbaycan hökumətinin sistemli şəkildə həyata keçirdiyi və dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi multikulturalizm siyasəti nəticəsində qazanılan uğurlar ölkəmizin dünyada multikultural dövlət imici əldə etmiş mərkəz kimi tanınmasına, bir çox dünya dövlətlərinə, o cümlədən Avropaya örnək olmasına zəmin yaradıb. İştirakçıları Azərbaycanın inkişaf tarixi, o cümlədən Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandıran K.Abdullayev onların Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əllərindən gələni edəcəklərinə əminliyini bildirib.

Sonda yay məktəbinin iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Tarix
2017.07.29 / 19:31
Müəllif
Kult.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla