Yuxarı

Alban diplomatdan “Qarabağ” təbriki - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident təqaüdçüləri” Gənclər Birliyinin rəhbəri, Ankara Universitetinin hüquq elmləri üzrə doktorantı Təbriz Raufoğlu 19-22 dekabr tarixləri aralığında Berlində keçirilən Mədəni Diplomatiya İllik Konfransında iştirak edib.

Konfransla bağlı Kult.az-a danışan Təbriz Raufoğlu bildirib ki, tədbirə Belçikanın keçmiş baş naziri, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) baş katibinin sabiq müavini Yves Leterme, Albaniyanın eks-prezidenti Bujar Nişani, Finlandiyanın sabiq prezidenti xanım Tarja Halonen, Avropa Parlamentinin deputatı Alojz Peterle kimi tanınmış ictimai-siyasi xadimlər qatılıb.

Beynəlxalq konfrans çərçivəsində mədəni diplomatiyanın tətbiqi, münaqişə bölgələrində dialoq mühitinin formalaşdırılması, Balkan ölkələri arasında ikili əlaqələrin vəziyyəti, Qara dəniz hövzəsində yerləşən ölkələrin Avropa Birliyi ilə əlaqələri və s. mövzular ətrafında müzakirələr aparılıb.

Birlik sədri vurğulayıb ki, Albaniyanın 2012-2017-ci illərdə prezidenti olmuş Bujar Nişani həmyerlisi Ansi Aqollinin də çıxış etdiyi Ağdamın “Qarabağ” futbol komandasını Çempionlar liqasındakı uğuruna görə təbrik edib.

Tarix
2017.12.22 / 18:02
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Ribunyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla