Yuxarı

Bakıya gedən yolu kəsən qəhrəmanlar - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıya gedən yolu kəsən qəhrəmanlar - Video

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin akt zalında 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı anım günü keçirilib.

Kult.az xəbər verir ki, tədbiri giriş sözü ilə Gəmiçiliyin rəisi Rauf Vəliyev açıb. O, qəhrəman dənizçilərimizin göstərdiyi şücaətdən bəhs edərək bilirib ki, həmin vaxt informasiya blokadasında olan respublikamızın başına gətirilən müsibətdən dünyanı dənizçilərimiz xəbərdar edib.

Rauf Vəliyev həmçinin 1990-cı il yanvarın 20-də ümummilli lider Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyinə gələrək, xarici dövlətlərin jurnalistləri qarşısında bəyanat verməsini də yada salıb:

“Bu bir qəhrəmanlıq idi, özünün, ailəsinin həyatının təhlükədə olmasına baxmayaraq, o, bu addımı atdı”.

Tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Aydın Mirzəzadə, “İki Sahil”qəzetini baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək, bu günü tariximizin ən şərəfli günlərindən biri kimi qiymətləndiriblər.

Bundan sonra dənizçilərin 20 Yanvar faciəsi zamanı göstərdikləri qəhrəmanlıqlardan bəhs edən “Azadlıq carçıları” adlı sənədli film nümayiş olunub.

Filmdə sovet hərbi gəmilərinin hərəkətinə yol verməmək üçün Bakı buxtasına gedən yolu kəsən Azərbaycan dənizçilərinin bütün xəbərdarlıqlara və hədələrə baxmayaraq, bir addım belə geri çəkilməmələrindən söz açılır.

Tarix
2018.01.19 / 10:40
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Bu mövzuda yazılan xəbər ikiqat məsuliyyət tələb edir

Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...

Əli Əsədov Fələstinin baş naziri ilə görüşdü

Dənizçiləri müharibə zonalarından uzaq durmağa çağırırıq!

Paşinyan Zəngəzurda gəzir: Bəlkə, XDQ “təlimə” başlasın?

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

Ceyhun Bayramov Rusiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla