Yuxarı

Üz-gözü yara, nəcis yeyən bu adamlar... – Video/18+

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Allah olmaq çətindir

Əvvəlcədən qeyd edim ki, əgər özünüzü hazırlıqlı tamaşaçı sayırsınızsa, əvvəlcə filmi izləyin, sonra yazını oxuyarsınız, yox, əgər özünüzü ortabab tamaşaçı hesab edirsizsə, o zaman yazını oxuyun, sonra qərar verin.

Elmsiz, sənətsiz dünya: Tüpürcək gölməçələri, üz-başı nəcis, fırtığı ağzına sallanan adamlar.

“Allah olmaq çətindir” – Aleksey Germanın filmidir, Arkadi və Boris Struqatski qardaşlarının eyniadlı povesti əsasında çəkib.

Filmin çəkilişi 10 ildən çox vaxt alıb və tam hazır olub ekranlara çıxanda German artıq ölmüşdü.

Hadisələr Ankanarda baş verir.

Xronometrajı 3 saat olan rəngsiz film sıxıcıdır, yorucudur, amma o qədər həqiqidir ki… Təsadüfi deyil ki, Ankanarı “bozlar” idarə edir və elmsiz, sənətsiz dünya bozdur, sıxıcıdır.

German filmdəki iyrənc səhnələrlə elmdən, sənətdən uzaq dünyanın necə qaragüruh, boz və iyrənc ola biləcəyini göstərir: Üz-gözü yara, dayanmadan tüpürən, nəcis yeyən, sidik içən adamlar…

Ankanarlılar çox çirkindirlər. İfadəsiz, çirkin üzlər…

Ankanarda bir dənə də olsun ağac yoxdur, güllər açmır. Ankanar bombozdur. Hər yer palçıq içində, hər yan bataqlıq.

Ankanarlılar danışmaq vərdişini itirmək üzrədirlər, cümlələri baş-ayaq, rabitəsiz…

Ankanarlılar maymaq və kütdürlər. Onlar ancaq əmrlə hərəkət edirlər. Düşünmək qabiliyyətini itiriblər. Ruhları yoxdur və “mənəvi” qidaları ancaq təhqir, tüpürcəkdir. Əzilmək, aşağılanmaq onların xoşuna gəlir. Don Rumatın burnunu silib atdığı dəsmalın üstündə dava edirlər. Kim dəsmalı birinci götürsə, onu yaxşıca yalayıb təmizləyir.

Ankanarda maymaq və küt, qüruru və özünə inamı olmayan məxluqların Allahı olmaq çox çətindir.

German bu filmlə elmin və sənətin yoxa çıxdığı dünyanı göstərir.

Film dünyasında səs-küy yaratmış ekran işinin ilk tamaşaçılarından biri Umberto Eko bu filmi “ağır və amansız” adlandırmışdı: “Germanın son filmi Bosxun sirli qəhrəmanlarının cazibədar eybəcərliyi kimi gözəldir”.

Belə maymaq və küt, üz-başı yara, yabanı, vəhşi, fırtığı ağzına sallanan, nəcasət içində yaşayan insanabənzər məxluqlara çevrilmək istərmirsinizsə, təbiəti ölü, boz, hər yanı bataqlıq olan bir dünyada yaşamaq istəmirsinizsə, elmdən və sənətdən bərk yapışın…

Tarix
2018.02.01 / 13:50
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla