Yuxarı

Diqqət: Bakıda plastik düyü satılır - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda daha bir mağazada saxta məhsulun satıldığı aşkar olunub.

Axar.az xəbər verir ki, bu barədə Nurlan Məmmədov Minval.info saytına məlumat verib.

O, plastik düyünü Binəqədi rayonunun 8-ci mkr ərazisində Süleyman Sani Axundov küçəsində fəaliyyət göstərən mağazalardan birində aldığını bildirib.

“Evdə aş bişirmişdilər, dadı nəsə xoşuma gəlmədi. Plastik düyü olduğundan şübhələndim. “Youtube”da bununla bağlı test video görmüşdüm. Mən də düyüdən bir qaşıq tavaya qoyub peçin üzərində qızdırdım. Düyü dənələri istilikdən əriməyə başladı” – Nurlan bəy deyib.

Paytaxt sakini hamını mağazadan mal alarkən diqqətli olmağa çağırıb. O, müvafiq dövlət qurumlardan bununla bağlı ciddi addımların atılmasını xahiş edib.

Kiçik araşdırmamız zamanı məlum olub ki, məhsul “Aliimdad” firmasına məxsusdur.

Xatırladaq ki, mağazalardan saxta düyü ilə yanaşı, belə yumurtaların da satıldığı bildirilir.

Tarix
2018.02.25 / 21:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Bakıda tam fiaskoya uğradı - Ekspert

İlham Əliyev müftiləri qəbul etdi

Rusiya dövlət kanalında Əliyevlə bağlı bu kadrlar... - Video

Prezidentdən demarkasiya ilə bağlı mühüm açıqlama

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev Bakıda mühüm tədbirdə iştirak etdi - Foto

Bundan sonra siyasi hücumlara məruz qaldıq - Prezident

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi

Biz imkan verə bilmərik ki... - İlham Əliyev

Qərb sanksiya tətbiq edir, Fransa isə İranı “sevir” - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla