Yuxarı

Zəhranın adı verilən bağçada anım tədbiri

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

III Qayıdış qəsəbəsində Zəhranın adı verilən bağçada onun üçün anım tədbiri keçirilib.

Bu barədə Kult.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

Onun sözlərinə görə, bu gün Alıxanlı kənd camaatı və ətraf qəsəbə, kəndlərin sakinləri üçün Zəhranın məzarı ziyarətgaha çevrilib:

“Zəhranın xatirəsinə III Qayıdış qəsəbəsində təmirə ehtiyacı olan bir bağçanın “Güvən” Xeyriyyə Cəmiyyəti ilə birgə təmirini həyata keçirdik, bütün lazımi avadanlıqlarla, dəftərxana ləvazimatları ilə tam təmin etdik. Həmin bağçaya Zəhranın adı verildi. Bu gün də Zəhranın ailəsini və məzarını ziyarət etdikdən sonra onun adı verilən bağçaya yollandıq. Bağçada Zəhranın xatirəsinə tədbir təşkil olunmuşdu. Bu gün həmin bağça, Zəhranın məzarı bir növ həmin kənd sakinləri üçün ziyarətgaha çevrilib. Bütün kənd, qəsəbə sakinləri uşaqları ilə birgə əllərində güllə axın-axın ziyarətə gedirlər”.

K.Ağazadə bildirib ki, Zəhranın məzarına Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndələri də ziyarət edib:

“Mən əmin oldum ki, dövlət qurumları ancaq 3, 7 və 40 mərasimləri ilə yada salmadı bizim bu balaca Zəhramızı. İl mərasiminə də səlahiyyətli nümayəndələrin qatılması qürurvericidir”.

Qeyd edək ki, bu gün erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində öldürülən 2 yaşlı Zəhranın ölümündən bir il ötür.

Ötən ilin bu günü axşam saat 20:40 radələrində Füzuli rayonunun Alxanlı kəndini ermənilərin artilleriya atəşinə tutması nəticəsində 2 yaşlı Z.Quliyeva və nənəsi Sahibə Quliyeva dünyasını dəyişmişdi.

Tarix
2018.07.04 / 18:10
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla