Yuxarı

Azərbaycanda mühüm kəşf: 9 min illik…

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda 9 min il yaşı olan yaşayış məskəni aşkarlanıb.

İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin Kult.az-a verdiyi məlumata görə, tədqiqatlar nəticəsində Tovuzda 9 min il yaşı olan yaşayış məskəni aşkarlanıb. Bu isə Cənubi Qafqazda ən qədim insan məskənlərinin məhz Azərbaycan ərazisində mövcud olduğunu bir daha sübut edir.

Arxeoloq hazırda həmin ərazidə yerli və əcnəbi mütəxəssislər tərəfindən qazıntı işlərinin aparıldığını və yarım hektardan çox ərazidə iki təbəqədən ibarət qədim kəndin aşkarlandığını da bildirib. O, qədim kəndin birinci təbəqəsində 200 kvadratmetr ərazidə axtarışların davam etdirildiyini deyib.

F.Quliyevin sözlərinə görə, qazıntılar zamanı mindən çox saxsı qab hissələri, misdən olan sırğa qalığı, sivri daşlardan ov silahı və yer şumlamaq üçün alət qalıqları tapılıb. Bildirib ki, burada tapılan maddi mədəniyyət nümunələri neolit dövrünə təsadüf edir və erkən əkinçilik mədəniyyətini təcəssüm etdirir.

Arxeoloq gələn ildən etibarən tədqiqat işlərinə Yaponiya ilə yanaşı, Fransa, Türkiyə və Bolqarıstandan da arxeoloqların cəlb olunacağını qeyd edib.

Tarix
2018.07.23 / 13:29
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla