Yuxarı

Azərbaycanda tapılan “Bərəkət ilahəsi”dir? - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:06

Eramızdan əvvəl Azərbaycanda müxtəlif dini etiqad formaları olub.

Bu sözləri tarixçi Kərəm Məmmədov Yexlax rayonunda tapılan “Bərəkət ilahəsi” barədə Kult.az-a danışarkən deyib.

“O dövrdə Azərbaycan ərazisində müxtəlif xalqlar yaşayıb, öz dinlərini, mədəniyyətlərini yayıblar. Həmin inanclar içərisində dünya etnoqrafları tərəfindən təsdiqlənən totemizm, aminizm, fetişizm, şamançılıq və s. dini etiqad formalarına rast gəlinib. “Bərəkət ilahəsi”nə inanc nəinki eramızdan əvvəl, hətta 13-15 min il bundan əvvəl də Azərbaycanda mövcud olub”, -tarixçi bildirib.

Arxeoloq Qoşqar Qoşqarlı da eramızdan əvvəl Azərbaycan ərazisində “Bərəkət ilahəsi”nə inamın geniş yayıldığını söyləyib.

Qeyd edək ki, Yevlax rayonunun Səmədabad kəndi ərazisindəki Küp qəbir nekrapolunda aparılan qazıntı işləri zamanı eramızdan əvvəl II əsr - bizim eranın II əsrlərini əhatə edən bardaq, vaza tipli gil qablar, tunc qolbaq və şüşə muncuq, gildən hazırlanmış “Bərəkət ilahəsi” aşkar edilib.

Report-un məlumatına görə, boru kəmərinin çəkilişi zamanı üzə çıxan tapıntılar Yevlax Tarix Diyarşünaslıq muzeyinə təhvil verilib. Əşyalar arasında maraqlı görünüşə malik gildən hazırlanmış “Bərəkət ilahəsi”nin həmin dövrün insanları üçün xüsusi əhəmiyyət kəsb etdiyi bildirilir. Bu əşya qədim insanların inanc vasitəsi olub.

Gildən hazırlanmış “Bərəkət ilahəsi”nə Yevlax ərazisində ilk dəfədir ki, rast gəlinir.

Tarix
2018.10.22 / 12:41
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

TDT baş katibi diplomatlarımızı təbrik etdi

Ümid edirik ki, tezliklə Bakı və İrəvan... - ABŞ

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Trampa başsağlığı verdi

Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf

Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...

Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla